Montivipera albicornuta — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Yarımnövləri müəyyən edilməmişdir. Bəzən Radde dağ gürzəsinin bir yarımnövü olaraq hesab edilir.
Montivipera albicornuta | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Montivipera albicornuta |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
Ареал | ||||||
|
Uzunluqları 66 sm təşkil edir. Boyunları orta ölçüyə malik olub, uzanmış formaya malikdir. Supraorbital plitələr gözdən kiçik pulcuqlarla ayrılır. burun dəyiklərinin çıxıntısı daha eninə genişlənmiş formaya malikdir. Başda olan pulcuqların sayı 39 — 40-dır.[1]
Beli boz-qəhvəyi rəngdə olub, ziqzaqvari naxışa sahibdir. Quyruğu qara rəngdədir. Qarın nahiyəsində tünd parlaq ləkələr vardır. Göz ətrafı nisbətən solğun olur. Yan nahiyələri tünd ləkələrlə öltülüdür[1]
Zəncan ostanı və Qərbi İranın dağlıq ətrafı ərazilərində, Təbriz və Tehran[2] şəhərləri arasında yayılmışdır.