Eduard Montqomeri Klift (ing. Edward Montgomery Clift; 17 oktyabr 1920, Nebraska, ABŞ — 23 iyul 1966, Nyu-York, ABŞ) — ABŞ aktyoru.
Montqomeri Klift | |
---|---|
ing. Montgomery Clift | |
Doğum adı | Eduard Montqomeri Klift |
Digər adı | Monti Klift |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska, ABŞ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Atası | Uilyam Bruks Klift |
Anası | Etel Anderson |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1933-1966 |
Təhsili |
|
IMDb | ID0001050 |
Vikianbarda əlaqəli mediafayllar |
Montqomeri Klift 17 oktyabr 1920-ci ildə ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atası Uilyam Bruks Klift Omaha Milli İnam Şirkətinin vitse-prezidenti idi. Uşaqların qayğısına daha çox anaları Etel Anderson qalırdı. O, tez-tez balaca Montini, onun əkiz bacısı Robertanı və qardaşı Bruksu Avropaya səyahətə aparardı. Kliftlərin Bermud adalarında evi olduğu üçün ora da gedirdilər. Səfərlər zamanı uşaqların təhsili ilə bağlı məsələləri həll etmək üçün valideynlər şəxsi müəllim tutmuşdular. Lakin 1929-cu ildə Kliftlərin bu sistemli ailə həyatı pozuldu. Səbəb bu vaxt Böyük böhranın başlanması idi.
Montinin 13 yaşı tamam olanda onlar Florida ştatının Sarasota şəhərinə köçdülər. Gələcəyin məşhur aktyoru məhz bu şəhərdə yerli gənc dramatik klubunda iştirak etmiş və ilk dəfə teatr meydanında öz gücünü sınamışdı. Montqomeri bu sahəyə çox ciddi yanaşmağa başlamışdı. Onun səhnədə necə təbii çıxış etməsini görən anası Montqomeriyə peşəkar aktyorluq fəaliyyətinə başlamaq ideyasını verir. Tezliklə Kliftlər ailəsi yenidən yaşadıqları yerdən köçürlər. Bu dəfə onlar Massaçusets ştatının Şeron şəhərində məskunlaşırlar. Montqomeri "Evə uç" adlı brodvey quruluşunun sınaqlarından uğurlar keçir. Bu rolu düz iki mövsüm ifa edir. Montqomeri "Təbiət qadını" tamaşasında baş rolu alan zaman ailəsi Manhettenə köçür. Bu rol hələ 17 yaşında ona ulduz statusu vermişdi.
Klift Brodveydə 1942-ci ildə debüt etmişdi. Tornton Uaylderin pyesinin uğurundan sonra o, əsərin müəllifi ilə yaxından tanış olur. Müəllif ona Hollivuddan uzaq olmağı məsləhət görür[1].
Teatrda fəaliyyətindən 10 il sonra Kliftin çoxlu borcu var idi. 13 min dollar həcmində olan borcunu ödəmək üçün Klift Hovard Houksun "Qırmızı çay" filminə çəkilmək təklifini qəbul edir. Filmdə onun tərəf-müqabili Con Ueyn idi. Bu ekran əsəri bu gün də ən böyük vesternlərdən biri sayılır. Elə həmin ildə o, "Axtarışlar" filmindəki roluna görə "Oskar" mükafatına namizəd olur. Bu rol onu Hollivudun yeni seks-simvolu kimi məşhurlaşdırdı[1].
Bioqraflar Kliftin biseksual olması ilə bağlı fərziyyə irəli sürərək onun qadınlarla olduğu kimi kişilərlə də sevgi macəralarının olduğunu deyirlər[1]. "Günəş altında yer" filmində Elizabet Teylorla olan sevgi səhnələri – ekranda kişi və qadın arasında olan romantik münasibətlərin yeni forması hesab olunur. Onun Teylorla dostluq münasibətləti ömrünün sonuna qədər qalmışdı.
Aktyorun "Sanset bulvarı" və "Cənnətdən şərqə" filmlərinə dəvətdən imtina etməsinə baxmayaraq, o, heç vaxt rejissor dəvətlərindən azlıq hiss etmirdi. 1958-ci ildə Klift, onun rəqiblərindən biri hesab olunan aktyor Marlon Brando ilə birlikdə "Cavan şirlər" filmində çəkildi. Onlar eyni kino məktəbini bitirmiş, bir-birinə oxşar olan oyun tərzinə yiyələnmiş, eyni zamanda hər ikisi ağlasığmaz məşhurluq əldə etmişdilər[1].
12 may 1956-cı ildə Beverli-Hillsdəki bir əyləncə gecəsindən qayıdarkən Klift telefon dirəyi ilə toqquşmuşdu. Qəza nəticəsində onun burnu və çənəsi sınmışdı. Bu hadisədən sonra onun almacıq sümüklərindən biri iflic olmuşdu. Ağrılardan xilas olandan sonra aktyor ağrıkəsici dərmanlara və spirtli içkilərə aludə olur. Bütün bunlar onun sağlamlığını məhv edir[2].
Montqomeri Klift 1966-cı ildə ürək tutmasından 45 yaşında Nyu-Yorkdakı evində vəfat etmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, aktyorun belə erkən dünyasını dəyişməsinin səbəbi onun sağlamlığına təsir etmiş narkomaniya ola bilərdi.
.