Mogan (türk. Mogan gölü, yerli adı: Gölbaşı) — Ankara şəhərindən 20 km cənubda, Gölbaşı rayonunda yerləşən kiçik göl.
Moqan gölü | |
---|---|
türk. Mogan gölü | |
Ümumi məlumatlar | |
Uzunluğu | 5,5 km |
Sahəsi | 5,61 km² |
Orta dərinliyi | 2,8 m |
Yerləşməsi | |
39°46′04″ şm. e. 32°47′31″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl səthinin sahəsi 5,61 km², dəniz səviyyəsindən hündürlüyü — 968 metrdir. Uzunluğu — 5,5 km, orta eni — 500 metr, sahil xəttlərinin uzunluğu — 14 km-dir. Mogan gölünün orta dərinliyi — 2,80 metrdir. Ancaq yağışlı mövsümdə bəzən suyun orta dərinliyi 5 metrə çata bilir. Quraqlıq vaxtları maksimal dərinlik 4,5 metr olur. Göl suyunun həcmi — 13 milyon m³-dir. Göl suyu bir az duzludur.[1]
Göl Anadolu yaylasında, Ankara yaxınlığında yerləşir, uzanmış formaya malikdir və göl dağlar və düzənliklərlə əhatə olunmuşdur. İncesu çayı vadisinə toplanan allüvial çöküntüləri çay yatağının dolmasına səbəb olmuş göl formalaşmışdır. Şimal, şərq və cənub-şərq hissəsində gölün sahilləri dik, cənub, qərb və cənub-şərq hissələrində isə düzdür. Gölün dibi düz və çuxursuzdur. Göl dibinin təxminən 80% -i sualtı bitkilərlə örtülmüşdür. Mogan gölü bir çox kiçik çaylarla qidalanır. Bunların arasında ən əhəmiyyətli olanları Başpinar, Yavrucak və Çelovadır.
Gölün yerləşdiyi bölgənin iqlimi kontinentalldır. Yay quraq və isti, qış isə soyuq keçir. Qışda göl suyu donur və sahilə duz toplanır. Göl ərazisinin çox hissəsinin qamışlıqlar, cilliklər tutur. Mogan gölünün cənubunda Çökək və Gölcük bataqlığı yerləşir.
Göldən 3 km şimal-şərqdə Eymir gölü yerləşir. Eymir gölü Morgan gölünün suyu ilə qidalanır və onları kanal birləşdirir. Eymir gölü daxil olmaqla Morgan gölünün ümumi sahəsi 971 km²-dir və vahid ekosistem hesab olunur.[2]
Bir vadidə yerləşən və meşəsiz dağlar ilə əhatə olunan Mogan gölü mikroiqlimin yaranmasına və Ankara iqliminin sabitləşməsinə təsir göstərir. Çöl zonasında yerləşməsinə baxmayaraq, göl mikroorqanizmlərlə zəngindir. Müxtəlif flora və faunaya malikdir. Eyni zamanda Beynəlxalq Qırmızı Kitabda yer alan bir çox quş növü üçün yuva qurma məkanı hesab olunur. Göl xüsusi bir təbii ərazi kimi qorunur və eyni vaxtda 20 mindən çox quş qəbul edə bilir.[3]