Mordoviya ədəbiyyatı

Mordoviya ədəbiyyatımordva xalqının mokşaerzyan dillərində ədəbiyyatı.

Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.[1]

  1. Мордва Мухтар Совет Сосиалист Республикасы. Әдәбијјат // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 60.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь. — 1987.
  • Воронин И. Д. Литературные деятели и литературные места в Мордовии / Проф. И. Д. Воронин; Оформление В. Климова. — Изд. 2-е, дополненное. — Саранск: Мордовское книжное издательство, 1976. — 336, [16] с. — 7000 экз. (в пер.) (1-е издание — 1951).