Zaxar Fedoroviç Dorofeyev (rus. Заха́р Фёдорович Дорофе́ев; 24 mart 1890, Salazqor[d], Tambov quberniyası – 18 iyun 1952, Moskva) — mokşa əsilli Rusiya və SSRİ şairi, müəllimi, tərcüməçisi, folklor tədqiqatçısı, tarixçisi, etnoqrafı, ictimai xadimi. O, müasir mokşa ədəbiyyatının qurucularından biridir.
Zaxar Dorofeyev | |
---|---|
Doğum tarixi | 24 mart 1890 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 1952 (62 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, etnoqraf, müəllim, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Zaxar Fedoroviç Dorofeyev 24 mart 1890-cı ildə Rusiya imperiyası daxilindəki Tambov quberniyasının Salazqor kəndində anadan olmuşdur. Dorofeyev ibtidai və orta təhsilini aldıqdan sonra 1905-ci ildə Kazan Qeyri-rus Müəllimlər Seminariyasına daxil olmuşdur. O, 1909-cu ildə məzun olduqdan sonra məktəb müəllimi olaraq çalışmağa başlamışdır.[1]
1912-ci ildə Dorofeyevin "Xalq müəlliminin mahnıları və düşüncələri" şeirlər toplusu nəşr olunmuşdur. Birinci Dünya müharibəsi zamanı Dorofeyev cəbhəyə getmiş və döyüşlərdə ağır yaralanmışdır. 1920-ci illərin əvvəllərinə qədər Dorofeyev rus dilində yazıb-yaratmışdır. 1925-ci ildə şairin mokşa dilində ilk şeirlər toplusu "Mənim mahnılarım" nəşr olunmuşdur.[1]
Zaxar Fedoroviç Dorofeyev 18 iyul 1952-ci ildə SSRİ respublikalarından olan Rusiya SFSR-in paytaxtı Moskva şəhərində vəfat etmişdir.[1]