Kuzma Qriqoriyeviç Abramov (rus.Кузьма́ Григо́рьевич Абра́мов; 30 oktyabr (12 noyabr) 1914, Starıe Naymanı[d], Simbirsk quberniyası[d] – 4 avqust2008, Saransk) — Rusiya və SSRİ yazıçısı, dramaturqu, redaktoru. O, Mordoviya mədəniyyətinə, o cümlədən erzyanədəbiyyatına verdiyi töhfələr ilə tanınır. Abramov Mordoviya Əməkdar (1964) və Xalq (1985) yazıçısıdır, Mordoviyanın fəxri vətəndaşıdır (2000).
Kuzma Qriqoriyeviç Abramov 30 oktyabr 1914-cü ildə Rusiya imperiyasının Starıe Naymanı kəndində qarışıq etnik tərkibli bir kəndli ailəsində anadan olmuşdur.[1] Atası milliyyətcə mordva və erzyan olan Qriqori Stepanoviç idi.[2] Stepanoviç miqrant işçi[3] və Birinci Dünya müharibəsinin iştirakçısı idi.[3][4] Anası Anastasiya Maksimovna rus əsilli bir evdar qadın idi.[5]
1920-ci ildə Abramovlar ailəsi Molniya kəndinə köçmüşdür.[4] Abramov uşaq ikən "həm rus, həm də mordov dillərində eyni dərəcədə pis idi" və kəndinin ucqar olduğu üçün sistemli şəkildə məktəbə gedə bilməmişdir. O, doqquz yaşına çatanda oxumağa, yazmağa və şeir yazmağa başlamışdır. Buna baxmayaraq, Abramov təhsilini 1930-cu ildə İçalkovo doqquz illik məktəbində altıncı sinfə daxil olaraq davam etdirməyi bacarmışdır.v
Abramov 1933-cü ildə Mordoviya Pedaqoji İnstitutuna daxil olmuşdur. O, bir il yarımdan sonra təhsili yarımçıq qoymuş və bir müddət Mordoviya teatrının aktyoru oldu. Abramov 1935-ci ildən Kosoqorı kəndindəki bir məktəbdə erzyan dili müəllimi olaraq çalışmışdır. O, təxminən bu vaxtdan ədəbi fəaliyyətə başlamışdır. Abramov 1939-cu ilə qədər bir şeir və bir hekayə nəşr etmişdir. O, 1938-ci ilin payızından Mordoviya kitab nəşriyyatının redaktoru olaraq çalışmışdır.[6] Abramov 1939-cu ilin payızında orduya çağırılmış, Ukrayna SSR-nin Slavuta şəhərində xidmət etmişdir. O, Tambovda piyada məktəbinə daxil olmuşdur.[7] Abramov İkinci Dünya müharibəsində iştirak etmişdir.[8]
Abramov 1949 -cu ildə SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.[9] O, müharibədən sonra yenidən Mordoviya Pedaqoji İnstitutuna qəbul olmuşdur. Abramov 1954-cü ildə institutu rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. O, sonradan Mordoviya kəndlərində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmış, ardından Mordoviya kitab nəşriyyatında redaktor və baş redaktor kimi işləmişdir. Abramov 1960-cı illərdən ömrünün sonuna qədər peşəkar yazıçı kimi çalışmışdır.[2]
↑ 12Алешкин, А. Абрамов Кузьма Григорьевич / А. Алешкин // История Мордовии в лицах: биогр. сб. / НИИ яз., лит., истории и экономики при Правительстве Респ. Мордовия; сост.: П. Д. Грузнов, В. А. Чугунов; редкол.: П. Д. Грузнов (отв. ред.), В. А. Чугунов (зам. отв. ред.), И. Г. Кильдюшкина и др. – Саранск, 1997. – [Кн. 2]. – С. 5–6. ISBN 5—7493—0100 —1
Забавина Валентина Митрофановна. Кузьма Григорьевич Абрамов: очерк жизни и творчества. Саранск: Мордов. кн. изд-во. 1966.
Тихонова Т. М. Перть пельксэнь невтиця сермадовкстнэ (Описание природы по произведениям К. Г. Абрамова): учебное пособие. Саранск: Изд-во Мордовского ун-та. Т. М. Тихонова. 1993.
Кузьма Григорьевич Абрамов: Биобиблиографический указатель. Саранск. Нац. б-ка им. А. С. Пушкина. сост. Н. А. Бушуева. 1994.
Rueter J. The Genitive in Ersyan (Mordvian) and the Way It is Used in the Njvel «Исяк якинь Найманов» by Kuzma Abramov / J. Ruter. – Helsinki, 1996. – 196 p.
Кузьма Григорьевич Абрамов: Биобиблиографический указатель. Саранск. Нац. б-ка им. А. С. Пушкина. сост. Н. А. Бушуева. 1999.
Кузьма Григорьевич Абрамов: сб. материалов к 90-летию со дня рождения // Мордовский региональный финно-угорский общественный фонд культурного и экономического сотрудничества «МАСТОРАВА» / Библиогр. указ. сост. И. А. Кубанцева. — Саранск, 2004. — 75 с.
Кузьма Григорьевич Абрамов: материалы к 95-летию // Архивное управление Республики Мордовия / сост. Ю. Ф. Юшкин. — Саранск, 2009. — 100 с.
Водясова Л. П. Сложное синтаксическое целое как основная структурная единица микротекста в прозе К. Г. Абрамова. Саранск: Мордов. гос. пед ин-т. 2013.
Азыркина Е. И. Кузьма Григорьевич Абрамов творчествац школасо: учебно-методическое пособие. Саранск: Мордов. гос. пед ин-т. 2014.Şablon:Ref-mdf
Водясова Л. П. Способы реализации текстовой категории связности в прозе народного писателя Мордовии К. Г. Абрамова. Саранск: Мордов. гос. пед ин-т. 2014.
Международная научно-практическая конференция, посвященная 100-летию со дня рождения Народного писателя Мордовии К. Г. Абрамова, 18–19 нояб. 2014 г.: [материалы]. Саранск. Е. А. Жиндеева (отв. ред.) [и др.] 2014.
Кузьма Григорьевич Абрамов: биобиблиографический указ. Саранск: Изд-во Мордов. ун-та. сост. В. К. Абрамов, О. В. Абрамова. 2015.
Всё о Мордовии: Энциклопедический справочник. Саранск: Мордов. кн. изд-во. сост. Н. С. Крутов, Е. М. Голубчик, С. С. Маркова. 2005. ISBN5-7595-1662-0.