Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998[2]) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı.
Moris Bukay | |
---|---|
fr. Maurice Bucaille | |
Doğum tarixi | 19 iyul 1920[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 fevral 1998[1] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | həkim, yazıçı, alim |
Vikianbarda əlaqəli mediafayllar |
Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir.
1945-1982-ci illərdə qastroenteroloq işləmiş[3], 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur[4].
1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi[5].
Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir. Bukay belə nəticəyə gəlir ki, Quran həqiqətən də Allah kəlamıdır.
Bukayın iddiasına görə, Əhdi-Ətiq çoxsaylı tərcümələr və düzəlişlər səbəbindən təhrif olunub, çünki o şifahi şəkildə ötürülüb.
Bukailleizm — müasir elmin Quranla ziddiyyət təşkil etmədiyi, "Quranda böyük partlayış, kosmik səyahətlər və müasir elmi kəşflərin xəbər verildiyinə" inamı ifadə edən termindir[6].
The Wall Street Journal fərz edir ki, bukailleizm "müəyyən mənada xristianlıqdakı kreasionizmin müsəlman analoqudur", lakin "kreasionizm müasir elmi kəşflərin bir çoxunu inkar etsə də, bukailleizm onları da əhatə edir"