Moris Tiye

Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi.

Moris Tiye
fr. Maurice Tillet
Digər adı Fransız mələyi
Doğum tarixi
Doğum yeri Fransa Fransa
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək xəstəliyi
Milliyyəti fransız
Fəaliyyəti güləşçi
Fəaliyyət illəri fevral 1937–14 fevral 1953
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.

Gəncliyində Tiye uğurlu reqbi oyunçusu idi. 1926-da İngiltərə Kralı V Corc adına mükafatı qazanmışdı. Tiye hüquqşünas olmaq istəyirdi. Buna görə Fransada Tuluza Universitetinin Hüquq fakultəsinə qəbul olur. Sonra xəstəliyi ilə əlaqədar olaraq hüquq karyerasını yarımçıq qoymalı olur.

"Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. Buna qulaq asmaq sadəcə mümkün deyil. Buna görə mən Fransız Donanmasına getdim"Lowell Sun Newspaper qəzetinə müsahibəsi. ABŞ, 8 aprel 1943-cü il

Tiye Universiteti tərk etdikdən sonra 5 il Fransız Donanmasında xidmət edir.

Moris Tiye dindar katolik idi. 1947-ci ildə Roma papası onu görüşünə qəbul edib. İndiyə kimi Roma papası ilə görüşmək şərəfinə nail olmuş yeganə güləşçidir. Anasının sayəsində o katolik məktəbində təhsil almışdı. Burada o bir neçə xarici dil də öyrənmişdi. 1942-ci ilin ortalarında Tiye rus, ingilis, fransız, bolqar, litva dillərində səlis danışırdı. Bəzi məlumatlara görə o yaşadığı müddətdə artıq 14 dil öyrənmişdi.

Tiye bir neçə dəfə qeyd edib ki, uşaqlığının çox hissəsini Sankt-Peterburqda keçirib. Çox gümanki o amerikalıların onun hardan gəldiyini və uşaqlığını harda keçirdiyini bilmələrini istəyirdi. Görünüşü ilə Tiye fəlsəfi və yumoristik idi. Gənclik illərində cəmiyyətə qarışmaqda çətinlik çəkirdi. Vaxt keçdikcə o mənfi cəhətlərini üstünlüyə çevirməyi bacardı.

"Gəmi heyəti üzvləri məni meymuna oxşadırdılar və mən bundan çox məyus olurdum. Bu kimin xoşuna gələr? Lağa qoyulmaqdan qurtulmaq üçün boş vaxtlarımı sahildə keçirirdim. Orada yaşayan əhali mənim görünüşümdən çox narahat idi" Look Magazine jurnalı 25 aprel 1950-ci il

Tiye 4 sentyabr 1954-cü ildə ürək xəstəliyindən vəfat edib.

Peşəkar kariyerası

[redaktə | mənbəni redaktə et]

1937-ci ilin fevralında Sinqapurda Karl Podjello ilə tanış olur. Podjello profesional güləşçi idi. o Tiyedə bu idmana maraq oyadır. Onlar məşq eləmək üçün Parisə köçürlər. Tiye İkinci dünya müharibəsi başlayana kimi Fransaİngiltərədə döyüşlər keçirir. Müharibə ilə əlaqədar onlar 1939-da ABŞ-yə köçürlər.

1940-da Massaçuests Ştatı, Bostonda "Fransız mələyi" ləqəbi ilə döyüşlər keçirməyə başlayır. Bostonda onun döyüşlərinə maraq artır. 1940-cı ilin may ayında Tiye Boston ağırçəkililər çempionatının qalibi olur və bu ünvanı 1942-yə qədər qoruyur. 1942-nin əvvəllərində Monreal ağırçəkililər çempionatının qalibi olur. Bostonda yenidən 1944-də qələbə qazanır. Fasiləsiz 19 ay heç bir döyüşdə məğlub olmamış və "məğlubedilməz" ləqəbini almışdır.

Onun uğurlarından sonra bir neçə "mələk" ləqəbli güləşçilər peyda olur. Bunlara Toni Encelo ("rus mələyi"), Cek Raş ("kanadalı mələk"), Vladislav Tulin ("polşalı mələk"), Klayv Uelş ("irlandiyalı mələk"), Cek Folk ("qızıl mələk"), Cil Querro ("qara mələk") və başqalarını misal göstərmək olar.

Şrek Kokeyşn büro

[redaktə | mənbəni redaktə et]
  1. https://web.archive.org/web/20150418193155/http://slam.canoe.ca/Slam/Wrestling/2011/12/14/19123831.html.