Mortal Kombat - "NetherRealm Studios" oyun şirkəti tərəfindən 2011-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun "Warner Bros. Interactive Entertainment" oyun şirkəti tərəfindən istehsal edilmişdir. Videooyun "Mortal Kombat: Armageddon" seriyasının süjetini davam etdirir. Həmçinin, bu seriyada ilk üç seriyanın hekayəsi izah olunur. Bu seriyada döyüş növləri 2D seriyalarına bənzəyir. Döyüşlər əvvəlki kimi 2D ölçüdə keçirilir. Döyüşçülər və arenalar isə 3D qrafikində hazırlanmışdır. 2011-ci ildə PlayStation 3 və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2012-ci ildə "PlayStation Vita" platforması üçün videooyunun portativ versiyası hazırlanmışdır. Həmin ildə videooyunun geniş versiyası "Mortal Kombat: Komplete Edition" adı ilə "PlayStation 3" və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2013-cü ildə "Mortal Kombat: Komplete Edition" adı ilə Microsoft Windows platforması üçün istehsal edilmişdir.
Mortal Kombat | |
---|---|
Hazırlayan | NetherRealm Studios |
Yayımlayan | Warner Bros. Interactive Entertainment |
Seriya | Mortal Kombat |
Anons tarixi | 2011 |
Buraxılış tarixi | 2011-ci il |
Janrlar | Faytinq oyunu |
Texniki məlumat | |
Platformalar |
PlayStation 3 Xbox 360 PlayStation Vita Microsoft Windows |
Mühərriklər | Unreal Engine 3 |
Oyun rejimi | birnəfərli oyun[1], çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], alman dili[1], fransız dili[1], italyan dili[1], ispan dili[1], braziliya portuqal dili[1] |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya |
İdarəetmə | geympad, klaviatura |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |