Morze əlifbası

Radist Morze əlifbasının köməyi ilə siqnal ötürür
Morze əlifbası

Morze kodu, (Birinci Dünya müharibəsindən sonra Morze əlifbası adlanmışdır) — işarələrlə kodlaşdırma üsulu (əlifbanın hərflərini siqnallar ardıcıllığı ilə, məsələn, uzun və qısa: "tire" və "nöqtə" ilə təsvir edilməsi)[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur").

Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işa-rələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Скляр Б. Цифровая связь. Теоретические основы и практическое применение. Пер. с англ. — М.: Издательский дом "Вильямс", 2003, 1104 с., С. 39. ISBN 5-8459-0497-3  (rus.)
  2. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.