Moskva Paleontologiya Muzeyi

Moskva Paleontologiya Muzeyi (rus. Палеонтологический музей им. Ю. А. Орлова) — Moskva muzeyi, dünyanın ən iri təbii-tarixi muzeylərindən biridir. Muzeydə 120 mindən artıq müxtəlif qazıntı nümunəsi saxlanılır. 1937-ci ildə qurulmuş, 1966-cı ildən zooloq və paleontoloq Yuri Orlovun adını daşıyır. Muzey Borisyak Paleontologiya İnstitutunun bir hissəsidir. Altı otaqdan ibarət muzeyin dörd sərgi sahəsi yer üzündəki üzvi dünyanın inkişafına həsr olunmuşdur.

Moskva Paleontologiya Muzeyi
Xəritə
Əsası qoyulub 1937
Ölkə
Yerləşir Moskva
55°37′26″ şm. e. 37°30′50″ ş. u.
paleo.ru/museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin qurulması

[redaktə | mənbəni redaktə et]

Orlov adına Paleontologiya Muzeyi 1937-ci ildə Elmlər Akademiyasının Paleontologiya İnstitutu tərəfindən Beynəlxalq Geoloji Konqresinin XVII sessiyasında təsis edilmişdir. Muzeyin tarixi buz dövrünə aid məməlilərin sümükləri və dişləri yeni tikilmiş Kunstkameraya daxil olduğu andan - 1716-cı ildən Sankt-Peterburqda başlayır. Toplanan bu kolleksiya Fersman Mineralogiya Muzeyinə çevrilən Elmlər Akademiyasının Mineral Kabinetində saxlanılıb. 1925-ci ildə Rusiya Elmlər Akademiyasının 200 illik yubileyinə qəzər bura iki muzeyə bolunmuşdur:

  • Geoloji
  • Mineralojik

Geoloji muzeyin başçısı Aleksey Borisek olmuşdur, muzeydə paleontoloji materiallar toplusu saxlanılırdı. 1500 m²-lik iki zalda onurğaların skeletləri nümayiş olunmuşdur, bunlar XX əsrin əvvəllərində professor Vladimir Amalitskiy tərəfindən əldə olunmuşdur. 1930-cu ildə Geologiya Muzeyi SSRİ Elmlər Akademiyasının Paleozoloqiya İnstitutuna çevrildi.

1987–ci ildə Moskvanın ən ucqar yerində, “Tyoplı stan” meşəsinin kənarında muzeyin qırmızı kərpicdən qalaya bənzəyən formada tikilmiş təzə binası açıldı. Muzeyin eksponatları arasında mamontun ilk dəfə tapılmış bütöv skeleti nümayiş olunur. Əlbəttə, mamont muzeydə saxlanan ən qədim canlı qalığı deyil. Lakin o zaman paleontologiya elmi məhz bu heyvanın ilk dəfə öyrənilməsindən başlanmışdı: 1799-cu ildə fransız təbiətşünası Jorj Küvye ilk dəfə olaraq, bu heyvanı Elefas mammonteus adı ilə təsvir etmişdi. Ekspozisiyanın əvvəlində qabarcıqlı, en kəsiyi zolağı olan daşlar stromatolitlər nümayiş olunur. Onlarla yanaşı Ağ dəniz sahillərindəki vend dövrü çöküntülərində aşkar edilmiş, dünyanın ən cazibali, daşlaşmış nəhəng molyusklar (yumşaqbədənlilər) kolleksiyası yerləşir. Heç bir müasir heyvana oxşamayan bu möcüzəli canlılar meydana gəlmiş, çox qısa müddət yaşamış və tez də yox olmuşlar.

Növbəti vitrində Yakutiya və Tuvanın çox zəngin yataqlarından gətirilmiş, yaşı 540 mln il olan skelitli orqanizmlər-əhəngləşmiş zərif süngərlər - arxeoseatlar, ilk molyuskların qapaq formalı çanaqları, dayaq dirəkləri olan, qeyri-adi konus forması almış xiolit qabıqları nümayiş olunur. Bəzi nümunələrə böyüdücü şüşələr bərkidilmişdi-boyu 1–2 mm-dən böyük olmayan bu orqanizmləri adi gözlə görmək mümkün deyil. Xırda olduqları üçün 100q süxur içərisindən kimyəvi üsulla bu orqanizmlərin bir neçə min qabığını çıxarmaq mümkündü.

Dəniz faunasının ordevik-silur yaşlı nümunələri, əsasən, Baltik dənizi sahillərindən və Podoloya yamaclarından (Ukrayna) gətirilmişdi.

Bu kolleksiyalara əhəngləşmiş ikitaylı braxiopod (çiyinayaqlılar) və sıx arasıkəsmələrlə bölünmüş nəhəng konusa bənzəyən başıayaqlıların, xərçəng-əqrəblərin qabıqları, habelə mərcan və süngər skeletləri, həmçinin balığabənzər onurğalıların pulcuqları daxildi.

Ammonit(çoxdan qırılmış xariciqabıqlı başıayaqlı yumuşaqbədənli) kolleksiyasına baxarkən, yaşadıqları uzun zaman ərzində bu heyvanların qabıqlarının necə dəyişilməsini görmək mümkündür. Onlar üçün qabığın, əsasən, müstəvi spiral formasında bükülməsi səciyyəvidi. Lakin inkişafının böhran dövrlərində (onların inkişafında belə dövrlər bir neçə dəfə təkrarlanmışdı) onların qabıqları gah açılmış, gah yumaq kimi dolanmış, gah da saksofon formasını almışdı. Yalnız tarakanlar (yüyürəklər) 320 mln il ərzində dəyişilmədən qalmışdı: bunu qazıntı halında tapılan cücülərin vitrinində görmək mümkündür.

Muzeyin ən qədim kolleksiyası "Şimali Dvina qalereyasıdır". Onun əsası XIX əsrin sonu - XX əsrin əvvəlində Varşava Universitetinin professoru V.P.Amaltski tərəfindən qoyulmuşdur. Kiçik şimali Dvina çayının sahilində, Kotlas yaxınlığında üst perm kontinental çöküntülərində qazma işləri apararkən o, qırmızı rəngli gil və mergelləriniçərisində müxtəlif sümüklər, kəllələr, hətta dördayaqlı onurğalıların bütöv skeletlərini aşkar etmişdir. Bərpa edilmiş skeletlərin əksəriyyəti pareyazavrlara (yanaqlı kələzlərə) məxsusdur.

"Qalareya"nın yanındakı vitrində ilk baxışda nəzərə çarpmayan sümüklər nümayiş etdirilir. Bu, Tula vilayətinin üst devon çöküntülərində tapılmış ən qədim suda-quruda yaşayan dödrayaqlı heyvanın - tulerpetonun çox nadir tapılan skeletidir. Onun çox nadir - altıbarmaqlı ətrafları var. Ona görə də, tulerpetonun pəncəsi pəncəüzgəcli balıqların üzgəcini xatırladır. Bu balıqlardan birinin - müasir latimeriya - selakantın mulyajı şüşəli şkafda saxlanır. Tulerpetona daha çox oxşayanqədim pəncəüzgəcli balıqların qalıqların Latviyanın gec devon çöküntülərindən gətirilmiş plitənin üzərində saxlanmışdır. Bu muzeyin eksponatları içərisində steqosefalların (başızirehlilərin), deynosefalların (möcüzəlibaşlıların), disinodontların (ikidişlilərin) və b. ən qədim dördayaqlıların skeletləri; köpək balıqlarının, skatların, çənəsiz balıqların və balığabənzərlərin də izləri nümayiş olunur. Tacikistanın orta trias çöküntülərində aşkar olunmuş cücü qalıqları (onların üzərində hətta qanad bəzəyinin izləri də saxlanmışdır), qeyri-adi kərtənkələlərin izləri də çox maraqlıdır: onların bəzilərində bədənlə ətraflar arasında pərdə vardır, digərinin isə bel pulcuqları qanad kimi uzanmışdır.

İkimərtəbəli mezozoy zalı xüsusilə maraqlıdır: burada çox dəqiq bərpa olunmuş dinozavrların skeletləri qoyulmuşdur - zal ikimərtəbəli olmasaydı onlar buraya yerləşməzdi. Onların əksəriyyəti Monqolustanın üst təbaşir çöküntülərindən gətirilmişdir. XX əsrin 40-cı illərində paleontoloqm və yazıçı-fantast kimi tanınmış İ.A.Yefremov Qobi yaylasında tədqiqat apararkən, topladığı iri heyvan sümükləri kolleksiyası ilə bu zaldakı eksponatların əsasını qoymuşdur. Burada quruda yaşayan mişara oxşar dişləri olan ikiayaqlı nəhəng yırtıcıların - tarbozavrların ailəsi, suda-quruda yaşayan, nəhəng ördəkburun kərtənkələ - zaurolof, xırda, buynuzlu kərtənkələlər - protoseratopslar və baqaseratopslar, həmçinin müxtəlif dinazrların daşlanmış yumurtaları nümayiş etdirilir. Mezozoy zalının eksponatları içərisində olan təbaşir dinozavrlarının skeletləri Özbəkistan, yura dəniz ixtiozavrlarının skeletləri Almaniyadan, gec yura dinozavrlarının pəncə izləri, Tacikistandan gətirilmişdir. Cənubi Qazaxıstanın Qaratau üst yura göl çöküntüklərindən gətirilmiş uçan xırda kətənkələnin (tüklü şeytanın) dərisindəki tüklər də süxur üzərində saxlanmışdır. Dinozavrların müasiri olan bitkilər - lotos meyvələri, araukariya qozaları, ginkqoyarpaqları və digər heyvanların - qarınayaqlı və ikitayqabıqlı molyuskların qabıqları, hətta çox nadir qədim quşların və məməlilərin skeletləri nümayiş etdirilir. Məməlilər zalındakı ən böyük skelet mamonta deyil, kərgədana - indrikoteriyə məxsusdur. Amma Afrika və Avstriyanın nisbətən mülayim meşələrinin sakinləri olan qədim atların və fillərin skeletləri çox xırdadır.

  1. 1 2 GeoNames (ing.). 2005.