Moskva yanğını (1571)

Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır.

Moskva yanğını
Yeri
Ölkə
Yanma tarixi 1571
Moskva yanğını xəritədə

Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur.

  • Madariaga, "Ivan the Terrible", 266. (Vahiməli İvan)