Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir.
Muğan FK | |||
---|---|---|---|
Ölkə | |||
Rəng(lər) | narıncı, ağ | ||
Yaranma tarixi | 2007 | ||
Bağlama tarixi | 2012 | ||
Stadionu | Salyan Olimpiya İdman Kompleksinin Stadionu | ||
Tutumu | 2000 | ||
Prezidenti | Surxay Əhmədov | ||
Baş məşqçisi | Əsgər Abdullayev | ||
Liqa | Azərbaycan Birinci Divizionu | ||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir.
Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.[2]