Muğan dairəsi

Muğan dairəsi və ya Muğan mahalı[q 1]Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salyan olmuşdur. Bu səbəbdən Salyan dairəsi (Salyan mahalı) kimi də adlandırılmışdır.

Muğan dairəsi
Ölkə
İnzibati mərkəz Salyan
Tarixi və coğrafiyası
Yaradılıb 8 aprel 1929
Ləğv edilib 8 avqust 1930
Muğan dairəsi 1930-cu ilin yanvar–avqust aylarında
Muğan dairəsi 1930-cu ilin yanvar–avqust aylarında

Muğan dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır.[1] Salyan qəzasını əvəz etmişdir.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə KomitəsiXalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Muğan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]

  1. Tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
  1. 1 2 История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]