Muğan mahalı[q 1](Cavad prefekturası, 1921-1930-cu illərdə Petropavlovka dairəsi) — tarixi-coğrafi və inzibati ərazilərdən biri.
Mahal | |
Muğan mahalı 1136—1930 | |
---|---|
| |
Ölkə | |
Daxildir |
Ərdəbil əyaləti |
İnzibati mərkəz |
Qalaqayın[1] Petropavlovka |
Naiblər |
Səfiqulu xan Qiyas xan Həsən xan Mustafa bəy İbrahim xan Səfi xan Muğanlı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1136 |
Ləğv edilib | 1930 |
Sahəsi | 2479[2][3] km² |
Əhalisi | |
Əhalisi |
55001831-ci il[4] 245191912-ci il[2][3] nəfər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Eyniadlı düzlükdə yerləşən tarixi ərazidən adını götürüb. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür.[5]
Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb.
Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib.[6]
Hələ monqol istilasından əvvəl türkmənlər (Azərbaycan türkləri) Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.[7]
Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Elxani hökmdarı Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara alman səyyahı Adam Oleari XVII əsrdə rast gəlmişdir.[8] Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.[9]
Bayandurlar tayfasına daxil olan Mosullu oymağının bir hissəsi Muğanda və Qarabağda məskunlaşmışdı.[10] Şahsevənlərin qolu olan Muğanlı tayfası XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur.[11][12] 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismi Quba xanlığında yerləşdirilmişdir.[13]
Ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudi Muğaniyyə haqqında belə məlumat verir: "Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda Girdimançay və Göyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir.[14]
Xanlıq dövründə mahal indiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub.[4]
Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası [q 2] Petropavlovka dairəsi adlandırılmışdır.
Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Muğan düzündə sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı.[15] Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çayları arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir.[16] Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.
Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.[17] Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında (Cavad xanlığı) azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.[18] Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlarında (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayımı xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.[19]
Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və Səfəvi şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb.[20] 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü.[21] Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri-mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar.[22] Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.[23] İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.[24] Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.
Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Muğan mahalının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.
1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.[25][26][27]
1-2 | Məmməd Rza bəy | Məlik bəy |
3-4 | Məhəmməd Əli bəy | Abdulla bəy |
5-6 | Yolçu bəy | Səfi Mirzə bəy |
7-8 | Əhməd bəy | Molla Abdulla |
9-10 | Cəmşid bəy | Məhəmməd Hüseyn bəy |
11-12 | Ağa bəy | Əsədulla bəy |
13-14 | Məhəmməd Xəlif bəy | Şahmurad bəy |
15-16 | Kəlbəlai bəy | Abdulla Hüseyn bəy |
17-18 | MəlikMəmməd bəy | Əli xan |
19-20 | Əhməd Əli bəy | Əli bəy |
21-22 | Talib bəy | Şərif bəy |
23-24 | Məmməd Əli bəy | Hüseyn bəy |
25-26 | Cəfər bəy | Məşədi Həsən Əli bəy |
27-28 | Əhməd bəy | Mehmed bəy |
29-30 | Qaynaqdan oxunmur | Cosuz bəy |
31-32 | Əli Məmməd bəy | Potu bəy |
33-34 | Əli Mirzə bəy | Axund Qasım bəy |
35-36 | Ağa Rəhim bəy | Seyid Qasım bəy |
37-38 | Allahverdi bəy | İbrahim bəy |
Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.[28]
Sıra sayı | Kəndlər | Həyətlərin sayı | Kişi cinsli əhali (nəfərlə) | |
1 | Bəylik | 31 | 79 | |
2 | mənbədən oxunulmur | 13 | 39 | |
3 | Məmişli | 23 | 61 | |
4 | Kürkəndi | 13 | 47 | |
5 | Çəngən | 13 | 29 | |
6 | Rəncbər-1 | 16 | 46 | |
7 | mənbədən oxunulmur | 2 | 3 | |
8 | Rəncbər-2 | 13 | 29 | |
9 | Qırağlı | 24 | 46 | |
10 | Minbaşılı | 18 | 52 | |
11 | Potubəyli | 28 | 67 | |
12 | Molla-Vaizli | 24 | 90 | |
13 | mənbədən oxunulmur | 31 | 79 | |
14 | Əli-Sultanlı | 24 | 58 | |
15 | Saatlı | 28 | 67 | |
16 | Quzman | 24 | 65 | |
17 | Molday | 27 | 66 | |
18 | Mustafabəyli | 20 | 60 | |
19 | QALAQAYIN | 96 | 233 | |
Cəmi | 19 | 468 | 1216 |
Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.[29]
Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular.
"Qalaqayın məscidi"nin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.[30]
Buradan böyük ticarət və karvan yolları keçmişdir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.
Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.
Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər.
Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.[31]
HÜDUDİ ƏYALƏTİ QARABAĞ-Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir.