Muhammet Levent Bülbül

Məhəmməd Levent Bülbül (1980, Sakarya ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]

Məhəmməd Levent Bülbül
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsi2018Sakarya
2023Sakarya
Şəxsi məlumatlar
Doğum tarixi 1980
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb.[1]

Hüquqşünas olaraq çalışıb.[1]

Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb.[1]

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Muhammed Levent BÜLBÜL". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.