Mulan (film, 1998)

Mulan (ing. Mulan) - 1998-ci ildə istehsal edilmiş qısametrajlı cizgi filmidir. "Mulan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 36-cı klassik qısametrajlı cizgi filmidir. Beynəlxalq tənqidçi və tamaşaçılardan böyük nisbətdə bəyənmə yığan cizgi filmi, "Mulan" adlı qəhrəman qızın, mənşəyi Çin əfsanəsindən götürülmüşdür. Orijinal əfsanədə olduğu kimi cizgi filmində ailəsinin qürurunu qurtarmaq məqsədiylə, tanınmış bir döyüş qazisi olan atasının yerinə kişi cildinə girib, Hun ordularına qarşı müvəffəqiyyətlə mübarizə aparan "Hua Mulan" adlı bir gənc qızın hekayəsi göstərilir.[3] Davamı olaraq 2004-cü ildə Mulan 2 cizgi filmi çəkilmişdir.

Mulan
ing. Mulan
Cizgi filminin teatr afişası
Cizgi filminin teatr afişası
Janr Macəra
Növü Məhəbbət
Döyüş
Dram
Komediya
Tarix
Rejissor Toni Benkroft
Barri Kuk
Prodüser Pem Kouts
Robert S. Qarber
Kendra Halland
Ssenari müəllifi Din DeBlua
Rolları səsləndirənlər Min-Na
Eddi Mörfi
Bəstəkar Cerri Qoldsmit
Dil İngilis dili
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Pictures
Walt Disney Feature Animation
Distribüsiya Buena Vista Pictures
Davametmə müddəti 88 dəqiqə
İl 1998
İlk baxış ABŞ 5 iyun 1998
Büdcə $90 milyon[1]
Gəlir $304.3 milyon[2]
Sonrakı Mulan 2
ID 0120762

Hunlar Şan Yunun idarəsi altında Çində hökm sürən Han sülaləsinin varlığına son qoymaq niyyətindədirlər. Onların hücum xəbərini eşidən Çin imperatoru dərhal dövlətdə yaşayan bütün kişi nümayəndələrini orduya qatılma əmrini verir. Fa Mulan adlı gənc qız başqalarından bir çox fərqli cəhətləri ilə seçilir. Çində həmin dövrdə qadınlar ərlərinin tam hakimiyyəti altında yaşamaq məcburiyyətindədirlər. Qadınların demək olar ki, şəxsi azadlıqları yoxdur. Yoldaşlarının azadlığı, onların da azadlığıdır. Mulan bu anlayışa qarşıdır və öz azadlığına çox düşkündür. Mulan ailəsinin israrıyla bir gün özünə yoldaş tapmaq üçün qəsəbədə yaşayan qudanın hüzuruna gəlir. Bu zaman uğur gətirməsinin əksinə olaraq problemlər yaradan cırcırama Mulanın cibində olur. Mulan ailəsinin qürurunu ləkələmək istəmir. Lakin Mulanın müvəffəqiyyətsizliyi ucbatından həmin quda, ondan narazı qalır.

Bu müddətdə Çində Hun basqınlarının xəbərləri əsgərlər tərəfindən əhaliyə çatdırılır. Qəsəbədəki digər bütün kişilər kimi Mulanın döyüş qazisi olan atası Fa Zu da döyüşə çağırılır, lakin çox yaşlı olduğu üçün Mulan bunu qəbul etmir və əsgərlərin başçısına qarşı çıxır. Lakin Mulanın atası döyüşə getməyə hazırlaşır və qızının fikri onu çox da maraqlandırmır. Ancaq gecə döyüşərkən tarazlıq vəziyyətini itirir və yerə yıxılır. Atasının ağır vəziyyətini görən Fa Mulan döyüşə onun yerinə getməyə qərara alır. Ailəsindən gizlicə evdən qaçır və özünü kişilərin bir cəmiyyətə qəbul edilə biləcəyi yeganə yol kimi kişi cildində olaraq orduya qatılmaqdır. Bu ərəfədə Mulanın ailəsi onun üçün dua etməyə başlayır. Bu zaman əcdadlarının ruhu peyda olaraq Mulanın geri qayıtması üçün Böyük Daş Əjdahasının köməyindən istifadə etmək niyyətinə düşürlər. Bu səbəbdən onu diriltmək üçün kiçik boylu əjdaha Muşunu onun yanına yollayırlar. Muşunun səhvliyi ucbatından Böyük Daş Əjdahasının heykəli dağılır. Bu hadisənən vahimələnən Muşu səhvini düzəltmək üçün Böyük Daş Əjdahasının cildinə girərək Mulanı geri qaytarmaq üçün əcdadlarına söz verir. Əcdadları isə heykəlin dağılmasından xəbərsizdirlər.

Bu ərəfədə hunlara müqavimətini dəf etmək üçün General Li oğlu Li Şanqa üç ay ərzində döyüşçülərdən ibarət yeni dəstə hazırlamağı tapşırır və özü döyüşə yollanır. Bir müddət sonra Mulan Muşu ilə tanış olur və onun köməyindən faydalanaraq orduya qatılır. Mulan orduda Pinq kimi tanınır. O, özünü digər əsgərlərə oxşadır və döyüş qabiliyyəti, zəkası və cəsarətiylə müvəffəqiyyət qazanır. Müxtəlif macəralardan sonra Li Şanq az heyətdən ibarət dəstəsi ilə hunlarla döyüşmək üçün yola düşür. Bu zaman atası öldüyünü və ordusunun məhv edildiyini görür. Dəstə Tan-Şao keçidində Şan Yunun ordusu ilə qarşılaşır. Mulanın inadlı müqaviməti nəticəsində dəstə üzvləri sağ qalır, Şan Yunun ordusu isə məhv edilir. Bu mübarizədə Mulan ağır yaralanır. Bir müddət sonra Mulanın gerçək şəxsiyyəti məlum olur və dəstə üzvləri tərəfindən tərk edilir. Bu ərəfədə Şan Yu və bir neçə dəstə üzvü sağ qalaraq Çin imperatorunu öldürmək niyyətinə düşür. Bu barədə eşidən Mulan evə geri dönmək əvəzinə saraya tərəf yola düşür.

Mulan Li Şanqı hunların geri dönəyəcəyini xəbərdar etsə də, Li ona əhəmiyyət vermir. Bu zaman Çin imperatoru düşmən tərəfindən ələ keçirilir. Mulan və Linin dəstə üzvləri düşmənlə inadlı mübarizə apararaq onların müqavimətini dəf etməyi bacarırlar. Şan Yu məğlub edilir və Çin İmperatoru Mulana təşəkkür edir. Mulan bu hadisənin ardınca evə dönür və ailəsi tərəfindən xoş niyyətlə qarşılanır. Mulanın arxasınca gəlmiş olan Kapitan Şanq, bağçanın qapısında dayanır və Mulana olan marağını ona bildirmək istəyir, ancaq utancaqlığı səbəbiylə nə söyləyəcəyini dəqiq bilmir. Mulan və Şanqın gələcəkdə evlənəcəkləri arzusu yaşayırlar. Cizgi filminin sonunda balaca əjdaha Muşu öz qoruyucu vəzifəsinə yenidən geri dönür və bunu başqa əcdadların ruhları ilə birlikdə bayram edir.

Türkiyədə Mulan problemi

[redaktə | mənbəni redaktə et]

Türkiyədə, cizgi filmindəki Hun xarakterlərin təsvirinin, mənşələri hunlara söykənən türklərə təhqir olunması səbəbiylə məşhur olmamışdır. Buna baxmayaraq film daha sonra DVD və VCD formatında nəşr olunaraq satışa çıxarılmışdır.

Personaj Səsləndirən
Hua Mulan Min-Na (oxumaq:Li Salonqa)
Hua Li Freda Fo Şen
Hua Zu Sun-Tek O
Nənə Fa Cun Forey (oxumaq:Marki Nikson)
Li Şanq Bi Di Vonq (oxumaq:Donni Osmond)
Muşu Eddi Mörfi
İmperator Pet Morita
Şan Yu Miqel Ferrer
Yao Harvi Fayer Fayerştayn
Linq Ceddi Uoteneyb
İmperatorun məsləhətşisi Çi Fu Ceyms Honq
General Li Ceyms Şiqeta

"Mulan" cizgi filminin ilk saundtrek albomu 2 iyun 1998-ci ildə istehsal edilmişdir. Mahnıların bəstəkarı Cerri Qoldsmitdir. Bu albom ABŞ-nin "Billboard 200" albom hit-paradında 18 iyul 1998-ci il tarixində 24-cü mövqeni tutmuşdur. Saundtrek albomu "Academy Award" mükafatının "Ən yaxşı orijinal musiqi" adlı kateqoriyasının nominasiyasına layiq görülmüşdür. Albomdakı Kristina Eqilyeranın ifasında "Reflection" mahnısı isə "Adult Contemporary" hit-paradında 19-cü mövqe tutmuşdur.[4] Cizgi filminin orijinal sandtrek albomunda 12 mahnı vardır[5]

Başlıq Müddət
1. Song: Honor to Us All 03:03
2. Song: Reflection 02:12
3. Song: I’ll Make a Man Out of You 03:22
4. Song: A Girl Worth Fighting For 02:26
5. Song: True to Your Heart 03:13
6. Attack At the Wall 02:16
7. Preparations 02:55
8. The Matchmaker 01:55
9. Short Hair 03:17
10. One Chance 01:23
11. The Master Plan 01:00
12. Shan Yu 01:01
13. Blossoms 03:05
14. Shoulders Back 01:57
15. Ping 00:59
16. The Real Work 01:49
17. Morning Assembly 01:11
18. Deserted Village 01:07
19. Bogus Letter 00:58
20. Letter Delivered 00:39
21. The Doll Survives 03:16
22. Save the Cannons 01:21
23. The Huns Attack 01:54
24. Avalanche 02:38
25. What’s Wrong with Ping? 02:45
26. Truth All Around 03:25
27. Imperial Palace 01:34
28. The Imperial Palace 00:44
29. Sword Snatcher 00:45
30. Boo 02:32
31. A Lucky Bug 02:41
32. Gratitude 01:15
33. The Pendant 00:46
34. The Sword  
35. Song: Reflection (Pop Version)  
  1. "Mulan". The-Numbers. Nash Information Services. September 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2012.
  2. "Box Office Report for Mulan". 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-11.
  3. "Mulan Film-o-holic.com". 2008-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-08.
  4. "Christina Aguilera Billboard Chart History". 2007-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-17.
  5. "Mulan Allmusic.com". 2013-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]