Munasari adası — Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda yerləşən qayalıqdan ibarət ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenkski rayonu ərazisinə daxildir. Adanın adı fin dilindən tərcümədə «ada-yumurta» mənasını verir. Maynavolok burnundan qərbdə, Belıy Navolok burnundan isə şərqdə yerləşir. Materikdən 10-15 metr aralıda yerləşir. Ada maqmatik suxurlardan təşkil olunmuşdur: Qranit və Qneys.
Munasari adası | |
---|---|
rus. Остров Мунасари | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°46′08″ şm. e. 31°03′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|