Muntazar əl Zeydi (ərəbcə: منتظر الزيدي; 15 yanvar 1979 və ya 12 dekabr 1979, Bağdad, Bəəs dövründə İraq) — ABŞ prezidenti Corc Uoker Buş və İraqın prezidenti Nuri əl Məliki görüşən mətbuatında ayaqqabı ataraq dünyada şöhrət qazanan iraqlı jurnalist
منتظر الزيدي Muntazar əl Zeydi | |
---|---|
Doğum tarixi | 15 yanvar 1979 (45 yaş) və ya 12 dekabr 1979 (44 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist, sülh aktivisti, yazıçı, siyasətçi, humanist |
Vikianbarda əlaqəli mediafayllar |
Muntazar əl Zeydi 2008-ci il 14 dekabrda Bağdadda keçirilən mətbuat konfransında o zaman ABŞ prezidenti olan Corc Buşa ayaqqabısını atıb. Əl Zeydiyə əvvəlcə 3 il cəza verilib, sonradan əvvəllər məhkum olunmadığı üçün bu müddət 1 ilə endirilib.[1] Həbsxanada özünü nümunəvi apardığına görə jurnalist cazasının doqquzuncu ayında - 2009-cu ilin sentyabrın 15-də azadlığa buraxılıb.[2]