Murad Hüseynov (General-mayor)

Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998-2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995-1998), polis general-mayoru.

Murad Hüseynov
1998 – 2005
PrezidentHeydər Əliyev
İlham Əliyev
NazirRamil Usubov
SonrakıVəzifə ləğv edilib.
1995 – 1998
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1948(1948-04-11) (76 yaş)
Doğum yeri Qafan, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan
Təhsili Национальный университет гражданской защиты Украины
Rütbəsi
Polis general-mayoru
Elmi fəaliyyəti
Elmi dərəcəsi Elmlər namizədi

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1998 "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı
İmzanın şəkli
  • Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub.
  • 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib.
  • 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb.
  • 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub.
  • 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışıb.
  • 1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub.
  • 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib.
  • Murad Hüseynov Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif olunub.
  • 1992-ci ilin noyabrında "Azərineft" Dövlət Neft Şirkəti üzrə Yanğından Mühafizə Dəstəsinə rəis təyin olunub.
* Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "daxili xidmət general-mayoru" rütbəsinin paqonlarını Azərbaycan Respublikasının DİN Baş Dövlət Yanğın Təhlükəsizlik idarəsinin rəisi Murad Hüseynova təqdim edərkən
  • 1995-ci ilin aprel ayında daxili xidmət polkovniki Murad Hüseynov Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsinin rəisi vəzifəsinə təyin olunaraq 29 il əvvəl siravi yanğınsöndürəni olduğu qurumun ən yüksək postuna ucalıb.
  • Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 17 yanvar tarixli fərmanı ilə Murad Hüseynova daxili xidmət general-mayoru rütbəsi verilib.[1] Bu ali rütbənin şəxsən ulu öndərimiz Heydər Əliyev tərəfindən təqdim olunması Murad Hüseynovun ömür kitabına "qızıl səhifələr" kimi daxil olub.[2]
* Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü
  • Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 652 nömrəli Fərmanı ilə ona daxili xidmət general-mayoru rütbəsi verilmişdir[3].
  • 2003-cü ildə Ukrayna Yanğın Təhlükəsizliyi Akademiyasının 75 illiyinə həsr olunmuş "Воспоминания выпускников разных лет" adlı kitabda həmin təhsil müəssisəsinin fəxri məzunu kimi Murad Hüseynova xüsusi yer ayrılmışdır.[4]
  • 2010-cu ildə təqaüdə çıxmışdır.

Orden və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 iyul 2018-ci il tarixli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 4 övladı var.

  • Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885–2015). Hikmət Xudiyev 2015, səh.164, 2015-ci il.
  • "Od içində parlayan ulduz - alovlar arasında keçən ömür" adlı məqalə. Ədalət qəzeti, №12 (6005), 31 mart 2023-cü il.
  1. "M. Q. Hüseynova daxili xidmət general-mayoru rütbəsinin verilməsi haqqında". e-qanun.az. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  2. "Azərbaycanda neft və neft-kimya sənayesi obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri və onların həlli yolları". Tekhnosfera.com (rus). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  4. "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yanğınsöndürənlərin peşə bayramına həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir". Azertag.az. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
  5. "Xüsusi xidmətlərinə görə aşağıdakı əməkdaşlar «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilsin - Murad Qoşun oğlu Hüseynov". e-qanun.az. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.