Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Mahmudov Murad Piri oğlu (Murad Köhnəqala; 15 oktyabr 1959, Köhnəqala, Tovuz rayonu) — Azərbaycan şairi, publisist.
Murad Köhnəqala | |
---|---|
Doğum tarixi | 15 oktyabr 1959 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur.[1] Burada orta məktəbi bitirmişdir. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləmişdir (1976-1977). Ordu sıralarında xidmət etmişdir (1977-1979). Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olmuşdur. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə (1980-1982), Bakı şəhər metro tikintisində fəhlə (1983-1988) işləmişdir.
1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir (1985-1990).[1] Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləmişdir (1991-1992). Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülmüşdür (1992). Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olmuşdur. Sonra Sibirdə, Uzaq Şərqdə yaşamışdır (1993-1996). Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olsa da, sonradan öz ərizəsilə üzvlükdən çıxıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir.