Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair.[1]
Murad Niyazlı | |
---|---|
Murad Babaxan oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Şorca, Basarkeçər rayonu, Göyçə mahalı |
Vəfat tarixi | |
Vəfat yeri | Dəllər Cəyir, Şəmkir rayonu |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Mükafatları |
Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur[2].
Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir[3].
Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar[3].
Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur[4]. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır[3].
1952-1954-cü illərdə hərbi xidmətdə olub[5].
Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.[6]
1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı[7] 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub[5].
Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir[8].
Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb[5].
Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" (söz:Səfər Verdiyev, musiqi:Aşıq Murad Niyazlı) mahnısının musiqisini Aşıq Murad Niyazlı bəstələməşdir[9].
Murad Niyazlı ömrünün xəzan çağında yaşayanda belə Şəmkir rayonunda yazıb-yaratdı. Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhur olmuşdur. "Harda türk var, mən ordanam" adlı kitabda aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı toplanmışdır[10].
Murad Niyazlı Ümumittifaq festivalı laureatı olmuş, "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, Bakı, Gəncə Xalq Yaradıcılığı Evlərinin, Şəmkir rayon Partiya və İcraiyyə Komitələrinin fəxri fərmanları ilə təltif olunmuşdur.[12]