Murad Qasımzadə

Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973).

Murad Qasımzadə
Doğum tarixi 15 mart 1915(1915-03-15)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2010(2010-11-22) (95 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Mükafatları "Xalqlar dostluğu" ordeni "Qırmızı ulduz" ordeni "Əmək veteranı" medalı

Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973).

M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi.

1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı.

Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir.

Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır.

Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.

M. Qasımzadə iki orden və medallarla təltif edilmişdi.

  • Sbornik zadaç i upracneniy po osnovam glektrotexniki i glektrooborudovaniö nadvodnıx korabley, Baku, 1967.
  • Glektrokinetiçiskie preobrazavateli informatsii, Moskva, 1973.