Dədəli (Füzuli)

DədəliAzərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.[1]

Dədəli
39°34′55″ şm. e. 47°09′48″ ş. u.HGYO
Ölkə
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 267 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dədəli xəritədə
Dədəli
Dədəli
Dədəli xəritədə
Dədəli
Dədəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dədəli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli obasında oturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı.

Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı. Casusların rus ordusu ilə ilgili gətirdikləri bilgiləri onlarla paylaşdı".

1823-cü ilə bağlı rus mənbəsində yazılır ki, Cavanşir-Dizaq mahalına bağlı Dədəli obasında dövlətə vergi ödəyən 6 tüstü, vergi ödəməyən Həzrətqulu yüzbaşı 1 tüstü, kasıb və yetim 2 tüstü, Hacı Rəsulun uşaqları 3 tüstü var. Şuşa şəhərində isə obadan 1 tüstü var ki, kasıb olduğundan vergi ödəmir. Əslində, şəhərdə Dədəlidən 2 ailə var idi. Biri İman bəyin, biri şərbətdar İbanın.

1842-ci ildə Dədəli obasında Nəcəfqulu bəy Cavanşirə aid 1 tüstü rəncbər, Mirzə Camal Cavanşir Qarabağiyə bağlı 1 tüstü məvaf, 4 tüstü isə dövlət kəndlisi qərar tutmuşdu.

1849-cu ildə Dədəli obasında Nəcəfqulu bəy Cavanşirə aid 1 tüstü rəncbər, Böyük xan Cavanşirə aid 1 tüstü, Səfiqulu bəy Fərzəli bəy oğluna aid 1 tüstü mülkədar rəiyyəti və 4 tüstü dövlət kəndlisi vardı. 1863-cü ildə Dədəli obasında 14 tüstü dövlət kəndlisi qərar tutmuşdu.

1873-cü ildə Dədəli obasında 14 tüstü dövlət kəndlisi yaşam sürürdü. 1886-cı ildə Dədəli obasında 18 tüstü köç-düş edirdi.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Yaşayış məntəqəsi dədəli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.[3]

Hazırda Xaçmaz (Dədəli) və Ağsu (Dədəli) rayonlarında eyniadlı kəndlər mövcuddur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
  • Ənvər Çingizoğlu. Əlibəyovlar: Boyun budaqları. "Soy" dərgisi, 2 (2), Bakı, 2003, səh. 24–28.
  • Ənvər Çingizoğlu. Dədəli kəndi. Bakı: Mütərcim, 2017, 266 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]