Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi.
Murad Boz | |
---|---|
türk. Murat Boz | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 mart 1980 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, kino aktyoru, söz yazıçısı[d], bəstəkar, aktyor, yazıçı |
Fəaliyyət illəri | 2006 - indiyədək |
Janrlar | Pop · R&B |
Musiqi alətləri | Baraban · skripka · ney · piano[1] |
Albom şirkətləri | Stardium · DSM · DMC |
Təhsili | |
muratboz.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur.[2][3] Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur.
1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir.[4] Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka).[5]
16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır.[6][7] O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.[8] 23 İyul 2007-ci ildə "Püf" adlı mahnısının klipi çəkilir. Murad Boz "Maximum" albomu ilə Qızıl Kəpənək və IFA mükafatlarının sahibi olur.[9][10]
14 iyun 2008-ci ildə Doqquz Səkkiz Musiqi imzalı ikinci mahnısı olan "Uçurum" ilə musiqi sevərləri ilə yenidən görüşür.[11] Müəllifi Soner Sarıkabadayı, aranjimançısı Suat Aydoğan olan "Uçurum" bir çox ölkədə yayımlanır. Nəticədə, "Uçurum" 2008-ci ilin ən yaxşı mahnısı seçildi.
Murad Boz 2008-ci ildəki bir konsertində ətək geyinmiş və mediada geydiyi ətəklə müsahibə vermişdi. Media tərəfindən ətək olaraq təqdim edilən paltar əslində "Uçurum" mahnısında işlənən qladiator mövzusunun bir hissəsi olan Roma əsgərlərinin dəri döyüş geyimləri idi.
Murad Bozun 6 Yanvar 2009-cu ildə yayımı planlaşdırılan ikinci studiya albomu "Şans"ın ilk parçası olan "Para Yok" mahnısı ilk dəfə Turkcell tərkibində yayımlandı. Ersay Üner bəstəsi olan mahnının aranjimanı Mustafa Ceceliyə aiddir. "Hayat Sana Güzel" ifası isə ilk olaraq Power Club və TTNET Musiqi kimi digital satış mərkəzlərində musiqisevərlərə təqdim edilmişdir. Soner Sarıkabadayı bəstəsi olan "Hayat Sana Güzel" 3 fərqli versiyası ilə maxi single olaraq bazara çıxmışdır. Aranjimanı Suat Aydoğan və Burak Yetere aid maxi single üçün Murad Küçük rejissorluğunda klip çəkilmişdir. Fotoşəkil çəkilişləri isə Nihat Odabaşı tərəfindən reallaşdırılmışdır.
Acun Medianın layihəsi olan, 2011-ci ilin oktyabr ayından etibarən Show TV-də, 2014-cü ildən isə TV8-də yayımlanan səs yarışması O Səs Türkiyə də münsiflərdən biridir.