Musa Maqomedoviç Əhmədov (28 yanvar 1956, Qırğızıstan SSR) — Çeçenistan yazıçısı, şair və dramaturq, Çeçenistan Yazıçılar İttifaqının üzvü, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikasının Xalq Yazıçısı (2006), Qafqaz Yazıçılar Klubunun prezidenti, Qafqazın Xalq Yazıçısı,[1] "Vaynax" ədəbi və bədii jurnalının baş redaktoru, "Gümüş Bayquş" mükafatı laureatı (2006).
Musa Əhmədov | |
---|---|
Musa Maqomedoviç Əhmədov | |
Doğum tarixi | 28 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Milliyyəti | çeçen |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1983-cü ildən hazırkı dövrə qədər |
Əsərlərinin dili | rus, çeçen |
İstiqamət | realizm |
Janrlar | yazıçı, şair, dramaturq, pyes, nağıl, redaktor |
Musa Əhmədov 28 yanvar 1956-cı ildə Qırğızıstanda anadan olub. 1957-ci ildə ailəsi vətənlərinə Çeçenistana sürgün edildikləri yerlərdən qayıtdılar. Ailə Şatoy rayonunda doğma kəndləri Malıy Varandı kəndində məskunlaşdı. Orada Musa səkkiz illik məktəbi bitirmiş və Şatoyda tam orta təhsilini almışdır.
1979-cu ildə Əhmədov Çeçen-İnquş Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Məzun olduqdan sonra Əhmədov kənd məktəbində müəllim, kitab nəşriyyatının redaktoru, "Stelagad" ("Gökkuşağı") uşaq jurnalının baş redaktoru, "Orga" ədəbi-bədii jurnalının baş redaktoru, Çeçen teatrının ədəbiyyat şöbəsinin müdiri, Çeçenistan Respublikası Mədəniyyət Nazirliyinin tədris və metodiki mərkəzinin şöbə müdiri, Çeçen Dövlət Universitetində müəllim kimi müxtəlif vəzifələrdə çalışıb.
Musa Əhmədov 2000–2002-ci illərdə "Dünya Həkimləri" (Fransa) təşkilatında etnopsixoloq olaraq çalışmışdır. 2004-cü ildən bu günə qədər Əhmədov "Vaynax" ədəbi-bədii jurnalının baş redaktorudur.
Musa Əhmədov 1989-cu ildə roman və hekayələrinin daxil olduğu "Alacakaranlıqdakı ağaclar" əsəri ilə özündən söz etdirmişdir. Onun 2002-ci ildə nəşr etdirdiyi "Yüz min yaxşı iş" əsərinə uşaqlar üçün hekayələr, pyeslər və şeirlər daxil idi. Əhmədov "Qurtlar" pyesi ayrı bir kitab olaraq 2002-ci ildə Parisdə fransız dilində nəşr olunub. 2005-ci ildə bu əsər "Şərqi Avropa Oyun Evi" teatrının səhnəsində səhnələşdirilib.
Bədii yaradıcılıqla yanaşı Əhmədov pedaqoji və elmi fəaliyyətlə də məşğuldur. Əhmədob məktəblər və universitetlər üçün çeçen dili, etika və mədəniyyət mövzusunda tədris vəsaitlərinin və proqramların müəllifidir. Yazıçının əsərləri balkar, fransız, yapon, alman dillərinə tərcümə edilmişdir.
Musa Əhmədovun həyat yoldaşı aktrisa, rejissor, teleaparıcı, şairə, müğənni, "Serlo" gənclər teatrının qurucusu və bədii rəhbəri, Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi Xava Əhmədovadır. Onun üç qızı və iki oğlu var.