Musa Bayramov (kimyaçı)

Bayramov Musa Rza oğlu (4 mart 1938, Gədəbəy rayonu) — kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin «Neft kimya» kafedrasının müdiri.

Bayramov Musa
Bayramov Musa Rza oğlu
Doğum tarixi (86 yaş)
Doğum yeri Gədəbəy rayonu
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Tanınmış yetirmələri 17 nəfər namizəd və elmlər doktoru yetirmişdir.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Musa Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1955-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbini bitirmişdir. Bir il işlədikdən sonra Bakı Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişlir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1965-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Orada kiçik elmi işçi və baş mühəndis vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəliyyəti

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində “Alkenilfenollar və karbonilli birləşmələrin kimyası“ ETL-i yaradılmışdır.

Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında alınan oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.

Prof.M.R.Bayramovun modifikasiya olunmuş yüksək seolitlər əsasında karbohidrogen xammalının katalitik pirolizi üçün effektiv katalizatorların alınması sahəsində apardığı sistematik tədqiqatlar da diqqətə layiqidr. M.R.Bayramov 250-dən çox elmi məqalə, 37 müəlliflik şəhadətnaməsi, 3 potent, 2 dərslik, dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. O, dəfələrlə Beynəlxalq simpoziumlarda məruzələrlə çıxış etmişdir. Onun elmi əsərləri bir sıra xarici ölkələrdə çap olunmuşdur. Onun rəhbərliyi altında 16 nəfər namizəd, elmlər doktoru və 10 magistr müdafiə etmişdir. Hazırda bir doktorantın elmi məsləhətçisi və 2 dissertantın rəhbəridir. Onun yetişdirmələrindən 10 nəfərə qədər kimya fakültəsində, 6 nəfəri isə xarici ölkələrdə (Hindistan, Vyetnam, Iran-Islam Respublikası, Misir, Suriya, Əlcəzair) fəaliyyət göstərir.

Prof. M.R. Bayramovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. Onun ümumi və ixtisas kurslarında oxuduğu mühazirələr tələbələr və aspirantlar tərəfindən maraqla dinlənilir. Musa müəllim Türkiyənin bir çox universitet və şirkətlərində neft kimyasının müasir problemlərindən mühazirələr oxumuşdur. Musa Bayramov polifunksional monomerlərin sintezi və onlar əsasında xalq təsərrüfatı üçün əhəmiyyətli kompozision materialların alınması kimi mühüm işlər görmüşdür. M.R.Bayramov görkəmli almilrədən akademik S.M.Əliyevin, ak. J.J.Karşakın və ak. V.A. Sergeyevin tələbəsi olmuşdur.

Təhsili, elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]

1959-1964- kimya fakültəsi BDU, 1968- к.е.n., «Neft kimyası», АМЕА, 1984 -к.е.d, « Neft kimyası»,BDU, 1986- professor.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1969-2008 BDU, professor, kimya fakültəsi, 1979-kafedra müdiri, Neft kimyası və kimya texnologiyası kafedrası 1964-1968 mühəndis, k.e.i., baş mühəndis. “Neft kimyası və neft kimyəvi sıntez”, “Funksional əvəzli fenol birləşmələrinin kimyası” fənlərini tədris edir.

350-yə qədər məqalənin, 2 monoqrafiyanın, 7 kitabın müəllifidir. 11 patent və 37 müəlliflik şəadətnaməsi var. 1 Doktor və 17 elmlər namizədi yetişdirmişdir.

Aldığı yeni nəsil doymamış fenol-formaldehid oliqomerləri aviasiyada BK-50 yapışqanının alınmasında tətbiq olunur. Sintez edimiş alkenilfenollar və onların törəmələri əsasında alınan oliqomerlər və polimerlərin reaksiyayaqabil, eləcə də kompozisiya materiallarının alınmasını işlənmişdir. 2008-ci ildə BDU-da ilin alimi, qabaqcıl təhsil işçisi adını almışdır.

Prof. M.R. Bayramovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. Onun ümumi və ixtisas kurslarında oxuduğu mühazirələr tələbələr və aspirantlar tərəfindən maraqla dinlənilir. Musa müəllim Türkiyənin bir çox Universitet və şirkətlərində neft kimyasının müasir problemlərindən mühazirələr oxumuşdur.

Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri«Alkenilfenol polifunksional monomerləri və onların yeni törəmələri əsasında texniki əhəmiyyətli maddələrin alınması və tədqiqi» mövzusunda layihəsinə görə 2009/2010-cu ildə Universitetdaxili «50+50» Qrant proqramının qalibi.

Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri«Alkenilfenol polifunksional monomerləri və onların yeni törəmələri əsasında texniki əhəmiyyətli maddələrin alınması və tədqiqi» mövzusunda layihəsinə görə 2009/2010-cu ildə Universitetdaxili «50+50» Qrant proqramının qalibi.

Ixtiraları ilə əlaqədar olaraq, prof. M.R.Bayramov «SSRI Ixtiraçısı» döş nişanı ilə təltif olunmuşdur. O, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «Qabaqçıl Təhsil Işçisi» döş nişanı, 2007-ci ildə isə qazandığı elmi uğurlara görə Bakı Dövlət Universiteti üzrə «Ilin Alimi» fəxri adı ilə təltif edilmişdir. 2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

O, Neft Kimya Prosesləri Institutunda fəaliyyət göstərən Müdafiə, Bakı Dövlət Universitetinin və Kimya fakültəsinin Elmi Şuralarının üzvüdür.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Alkenilfenolların kimyası. Polifunksional monomerlərin sintezi və çevrilmə məhsullarının tətbiqi.

Beynalxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

2008 sentyabr - Rostov; 2007 oktyabr - Moskva; 2007 noyabr - Bakı; 2007 sentyabr - BDU.

İş yeri və ünvanı

[redaktə | mənbəni redaktə et]

Bakı şəhəri, Bakı Dövlət Universiteti AZ-1073/1, Akademik Zahid Xəlilov küçəsi – 23 indeks: AZ 1148

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]