Musa Xudakərim oğlu Bayramov (10 oktyabr 1901, Zəngəzur qəzası – 5 oktyabr 1998, Bakı) — Neftçıxarma sənayesi qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1959), Azərbaycan SSR fəxri neftçisi (1964).
Musa Bayramov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | neftçi |
Mükafatları |
|
Musa Bayramov 1901-ci ildə İrəvanın Qarakilsə kəndində doğulub. 1905-ci ildə Azərbaycanlılara qarşı törədilən soyqırımda Musa Bayramovun ana və atası erməni daşnakları tərəfindən qətlə yetirilir. Uşaq yaşda valideynlərini itirən Musa qardaşının himayəçiliyində böyüyür.
1916-cı ildə Ağdam şəhərinə gəlir. Ağdamda Elman adlı təsərüfatçının köməkçisi kimi işləyir. Abdurrəhim Gülməmmədoğlu Ağdamda Musa Bayramovun olduğu kəndə gedir və onu Bakıya gətirir. Beləliklə Musa Bayramov Bakıya gəlir və o, Balaxanıda yaşayır. Gündüzləri Balaxanıda quyulardan neft çıxararaq özünü dolandırır. 1918-ci ildə Musa Bayramov Balaxanıda neft mədənində işləməyə başlayır.
1924-cü ildə Musa Bayramov əsgərliyini bitirəndən sonra qayıdır Balaxanı 3 cü neft mədənində çalışmağa. 1933-cü ildə Neft akademiyası açılır və Musa Bayramov akademiyanın ilk tələbələrindən olur. 1937-ci ildə akademiyanı nümunəvi bitirdiyinə görə Musa Bayramovu Moskva şəhərinə çağırırlar. Musa Bayramova Moskvada Balaxanının 7-ci mədəninin müdiri vəzifəsini verirlər.
1971-ci ildən "Leninneft" Neft və Qazçıxarma İdarəsi 8-ci rayon mühəndis-texnoloji xidmət sahəsi müdiri işləmişdir. AKP-nin 9-cu və 20-ci qurultaylarında AKP təftiş komissiyasının üzvü seçilmiş, SSRİ Ali Sovetinin(4-cü çağırış) deputatı olmuşdur. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və medallarla təltif edilmişdir.1988 ci il sentyabr 19-da alimlik dərəcəsini müdafiə etmişdir.
Birinci Qarabağ müharibəsi şəhidi Ramiz Bayramovun babasıdır.