Azərbaycan SSR neft ustası

Azərbaycan SSR neft ustası (azərb-kiril. Азәрбајҹан ССР нефт устасы) — Azərbaycan SSR-də neft sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Azərbaycan SSR neft ustası
Азәрбајҹан ССР нефт устасы

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir neft sənayesi qabaqcıllarına
Status verilmir
Statistika
Təsis tarixi 19 avqust 1940
İlk təltif
  • 4 noyabr 1940

"Azərbaycan SSR neft ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 19 avqust 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.[1][2]

Fəxri adla Azərbaycan SSR-in neft sənayesi sahəsində ən yeni texnikanı tətbiq etmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, görkəmli ixtiraçılıq fəaliyyəti göstərmək istiqamətində fərqlənmiş neft sənayesi fəalları (staxanovçular), eləcə də mühəndis-texniklər təltif olunurdu.[1][3]

Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.[3]

  1. 1 2 Нефт устасы фәхри адынын мүәййән едилмәси һаггында фәрман // Азәрбайҹан Совет Социалист Республикасы Баш Советинин Ведомостлары. № 4 (8). Б.: Азполиграф. декабр 1940 (1941). сәһ. 4.
  2. Фәхри ад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 540–541.
  3. 1 2 Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр. Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.