Musa Hacıqasımov

Hacıqasımov Musa bəy Mirzə Həmdulla bəy oğlu (d. 1886, Qasımkənd, Dağıstan, Rusiya İmperiyası - ö. Leninqrad, RSFSR, Sovet İttifaqı, 1935) — Azərbaycan memarı və dövlət xadimi.

Musa Hacıqasımov
Musa bəy Mirzə Həmdulla bəy oğlu Hacıqasımov
Doğum tarixi
Doğum yeri Qasımkənd, Dağıstan, Rusiya İmperiyası
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Leninqrad, RSFSR, Sovet İttifaqı
Vətəndaşlığı Rusiya imperiyası Sovet İttifaqı
İxtisası Memarlıq
Təhsili Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutu
Fəaliyyəti memar, şəhər planlaşdırıcısı[d]

Musa Hacıqasımov 16 avqust 1886-cı ildə Dağıstanın Qasımkənd rayonunda dünyaya gəlib. 1903-cü ildə Bakı real məktəbini bitirərək Peterburq Mülki İnşaat Mühəndisləri İnstitutuna daxil olub, ancaq inqilabi işə görə bir müddət sonra xaric edilib. Oranı 1918-ci ildə bitirib. BakıPeterburqda müxtəlif vəzifələrdə çalışıb. 1925-1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Azərbaycan Xalq Təsərrüfatı Şurasının, Azərbaycan SSR Dövlət Plan Komitəsinin, Azərbalıq İdarəsinin sədri kimi vəzifələrdə çalışıb. 1930-1933-cü illərdə Leninqrad Şəhər Soveti Memarlıq-Planlaşdırma İdarəsinin rəisi və 1933-1935-ci ildə Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri olub.[1][2]

20 iyul 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində vəfat edib.

  1. Xeyrulla Xəyal. "МУСА БЕК ХАДЖИ-КАСУМОВ, ПЕРВЫЙ ПРЕДСЕДАТЕЛЬ ЛЕНИНГРАДСКОГО СОЮЗА АРХИТЕКТОРОВ". ochagsamara.wordpress.com. 20 iyul 2020. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2024.
  2. "Azerbaijani students in Saint Petersburg Technological Institute". garystockbridge617.getarchive.net. 2011. İstifadə tarixi: 21 yanvar 2024.