Qasımkənd (Rusiya)


Qasımkənd (Ləzg. Кьасумхуьр[2]) — Dağıstanda dağlıq kənd, Süleyman-Stalski rayonunun inzibati mərkəzi və "Qasımkənd kənd sovetinin" yaşayış məntəqəsi. Mahaçqaladan 185 km cənubda yerləşir.[3]

Kənd
Qasımkənd
41°40′ şm. e. 48°08′ ş. u.HGYO
Ölkə
Federativ subyekt Dağıstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 494 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.502 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87236
Poçt indeksi 368760, 368761
Xəritəni göstər/gizlə
Qasımkənd xəritədə
Qasımkənd
Qasımkənd
Qasımkənd xəritədə
Qasımkənd
Qasımkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qasımkənd körpüsü

Kənd XIX əsrin birinci yarısında yaradılıb. 1812-ci ildə Qasımkənd yeni qurulan Kürə xanlığına daxil edildi. 1866-cı ildə xanlıq rəsmi olaraq Rusiya imperiyasına daxil edildi və Kürə dairəsinə daxil edildi. Qasımkənd həm bütün bölgənin, həm də bir hissəsi olan Güney əyalətinin inzibati mərkəzinə çevrildi. Əlikənd və Aşaqa-araq kəndləri ilə birlikdə Qasımkənd kənd cəmiyyəti yaradıldı. Strateji əhəmiyyətli yol qovşağında yerləşməsi kəndin sürətli inkişafını öncədən müəyyənləşdirdi. 1878-ci ildə Qasımkənd dünyəvi məktəb quruldu.[4] 1886-cı ildə Qasımkənd 580 nəfər məskunlaşmışdı.[5] 1897-ci ildə artıq kənddə 1013 nəfər yaşayırdı.[6] 1919-cu ildə Qasımkənd, vətəndaş müharibəsi hadisələrinə şahidlik etdi. 1919-cu ilin yayında kənd Ağ Qvardiya tərəfindən işğal edildi. Buna cavab olaraq, avqustun sonlarında Qasımkənd yaxınlığında qonşu ərazilərdən gələn üsyançılar toplaşmağa başladı. Qasımkənd yaxınlığındakı şiddətli döyüşlərdə partizanlar rus qoşunlarını məğlub etdilər. Yalnız tüfəng və xəncərlə silahlanmış partizanlar Qasımkəndə girdilər, inadkar döyüşlərdə rus qoşunlarınının bütün qarnizonunu məhv etdilər və 180 tüfəng, bir neçə pulemyot, 3 silah, çox sayda topmərmi götürdülər. Sonra bəzi hissələr Dərbənd istiqamətində "ağları" təqib etməyə başladılar.[7]
1928–1929-cu illərdə SSRİ-də inzibati islahatlar zamanı mahal bölgüsü ləğv edilərək, mərkəzi Qasımkənd olmaqla Qasımkənd rayonu qurulur. 1945-ci ildə Qasımkənd 2 nömrəli[8] orta məktəb, 1969-da Yeni qəsəbə orta məktəbi təsis edilmişdir.[9] Qasımkənd Dağıstanın cənubunda, Mahaçqaladan 185 km, Dərbənddən 40 km və Rusiya-Azərbaycan sərhəddindən 25 km məsafədə yerləşir. Ən yaxın dəmir yoluna 35 km, Xəzər dənizinin sahilinə, 30 km məsafədədir.

Qasımkənd kəndinin iqlimi mülayim və qurudur. Yaz olduqca isti və uzundur (mayın ortalarından sentyabrın sonuna qədər). Ən isti ay iyuldur. Mütləq maksimum temperatur 30 iyul 2011-ci ildə Qasımkənd kəndindəki Meteoroloji stansiyada +42,8 ° S, minimum isə 8 fevral 2012 −19.7 °C səviyyəsində qeydə alınmışdır. Əsl payız oktyabr ayında gəlir. Qışı sərin, qısadır, temperaturu 0 °C-dən aşağı düşür. Qar örtüyü qeyri-sabitdir. Yazda hava kəskin dəyişir. Bir neçə gün ərzində +30 °C ilə 0 °C arasında fərqlər var.

Əvvəllər kənddə, "KӀaru" şirin albalı festivalı məşhur idi. Onun keçirilməsi albalı məhsulunun başlanğıcına təsadüf edir. Sovet dövründə bayram bir qədər dəyişdirildi müxtəlif növ albalı növləri nümayiş olundu. Bayram həvəskar sənətkarların ifaları, at yarışları, mahnı müəlliflərinin və rəqqasələrin müsabiqələri ilə başa çatırdı.[10]

Qasımkənddə " Кюринские известия " (Kürə xəbərləri) ictimai-siyasi qəzeti nəşr olunur.

  1. "1.5. Численность населения городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов Республики Дагестан". İstifadə tarixi: 2024-06-25..
  2. Тагьир Гьажиев Тарих рикӏел хкин Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine// Лезги газет. — 2013. — Вып. 4 (10545) (24 января).
  3. "КАСУМКЕНТ (КЬАСУМХУЬР)". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  4. Акимов К. Х. "Лезгистан"
  5. "Население Гюнейского наибства по сёлам в 1886 году". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  6. "Первая Всеобщая перепись населения Российской империи 1897 года. Наличное население в губерниях, уездах, городах Российской Империи (без Финляндии) | Демоскоп Weekly — Приложение. Справочник статистических показателей". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  7. Из рассказа красного партизана — Вести Агула[ölü keçid]
  8. Лезги Газет, № 33, 14 август 2008, стр. 21
  9. "Про Новопоселковую СОШ". 2014-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  10. "Поездка по аулам Южного Дагестана". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]