Musa Heydərov

Musa Heydərov — “Şöhrət” ordeni laureatı (2000).

Musa Feyzulla oğlu Heydərov 2 may 1928-cidə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.

1957-ci ildə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdi.

1957-1958-ci illərdə Bakı şəhəri 92 №-li fəhlə-gənclər məktəbində riyaziyyat müəllimi işləyib.

1958-1962-ci illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoju Universitetinin “Ali cəbr və həndəsə kafedrası”nda baş laborant və assistent vəzifələrində işləyib.

1962-1965-ci illərdə Azərbaycan Respublikasından xaricdə məqsədli aspiranturada oxuyub.

1965-ci ilən, Azərbaycan Dövlət Neft Akademiyasında assistent, baş müəllim, dosent vəzifələrində işləyib. Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi olmuşdur.

1952-1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Sov.İKP-nin vəhşi idealogiyasına nifrət əlaməti olaraq 22 yanvar 1990-cı ildə öz ərizəsi ilə həmin partiyada çıxıb. Azadlıq hərəkatında fəali iştirak edib.

Siyasi fəaliyyətini 1992-ci ildə respubblika mətbuatında dərc olunmuş “Azərbaycanın tamlığı naminə” məqaləsi ilə davam etdirməyə başlayıb. Həmin məqalədə Heydər Əliyevin Bakıya gəlməsinə maneəçilik göstərənləri Azərbaycan xalqının düşməni adlandırıb.

16 oktyabr 1992-ci ildə “Azərbaycan Sizin sözünüzü gözləyir” (Heydər Əliyevə müraciət) müracətinə imza atan 91 nəfər ziyalıdan biri olmuşdur. Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon İdarə Heyətinin üzvü kimi ömrünün sonuna kimi partiyada fəaliyyətini davam etdirmişdir.

31 mart-16 aprel 1998-ci il tarixlərdə Səudiyyə Ərəbistanı kralının dəvəti ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Həcc ziyarətində olmuşdur.

14 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmani ilə elm və təhsil sahələrindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Musa Heydərov uzun sürən xəstəlikdən sonra 2001-cı il yanvarın 10-da dünyasını dəyişib.