Musa Quluzadə (Tam adı: Musa Nizam oğlu Quliyev; d.20 may 1939, Masallı, Xıl k.) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Musa Quluzadə | |
---|---|
Musa Nizam oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Xıl k. |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Nizam Quliyev |
Elmi dərəcələri | Tarix elmləri doktoru, professor[1] |
Elmi adı | Professor |
Təhsili | BDU, iqtisadiyyat fakültəsi |
Mükafatları | "Əməkdar müəllim" fəxri adı |
Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur.
Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir.
150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir.
22 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür.[4]