Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü,[1] AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı.
Fəridə Məmmədova | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Zubovka, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (85 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Dəfn yeri | Salyan rayonu | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Elm sahəsi | tarix | ||
Elmi dərəcəsi | tarix elmləri doktoru | ||
Elmi adı | AMEA-nın müxbir üzvü | ||
İş yerləri |
AMEA Tarix İnstitutu; Milli Aviasiya Akademiyası |
||
Təhsili | |||
Tanınır | albanşünas | ||
Mükafatları |
|
Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.
Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[2][3]
İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.