Musa fəvvarəsi (alm. Mosesbrunnen) İsveçrənin Bern şəhərinin Münsterplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Musa fəvvarəsi | |
---|---|
Mosesbrunnen | |
46°56′51″ şm. e. 7°27′02″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1544 |
Material | daş[d], metal |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Fəvvarənin layihəsi Nikolaus Şprünqli (hovuz və sütun) və Konstantslı Nikolaus Şporrer (fiqur) tərəfindən 1544-cü ildə tərtib edilmişdir. Fəvvarənin adı Musa peyğəmbərin şərəfinə adlandırılmışdır. Musa sol əlində On hökmün əks olunduğu açıq kitab saxlayır, sağ əli ilə isə "özünə büt və kumir yaratma" (alm. Du sollst dir kein Bildnis noch irgedein Gleichnis machen) adlı hökmə işarə edir. Musanın fiquru fəvvarədə ilk dəfə 1544-cü ilin yayında quraşdırılmışdır. 1740-cı ildə heykəl çox yararsız vəziyyətə düşmüş və bu səbəbdən onu müvəqqəti çıxarılması barədə qərar alınmışdır. Hazırkı heykəl fiquru isə fəvvarəyə 1791-ci ildə quraşdırılmışdır.