Musa və təkallahlılıq

Musa və təkallahlılıq - məşhur avstriyalı psixoloq, psixiatr, psixoanalizin banisi Ziqmund Freydin sonuncu əsəri. Freyd bu əsərində Bibliyada başlıca fiqur kimi tanınan, yəhudi xalqı üçün ilk qanunların və dinin yaradıcısı, onları Misir əsirliyindən qurtarmış böyük öndər sayılan Musanın əslən yəhudi deyil, misirli olmasını çoxsaylı tarixi qaynaqlara əsaslanmaqla və özünün yaratdığı psixoanalitik araşdırmalar metoduna əsasən sübuta yetirməyə çalışır. Freydə xas olan düşüncə genişliyi və dərinliyi, ardıcıl və güclü məntiq, habelə detektivsayağı qurulmuş süjet xətti, üstəlik, bütün bu hadisələrə psixoanalitik təhlillərlə yanaşılması, kitabı oxunaqlı edərək oxucunun yeni biliklər qazanmasına və düşüncəsinin yenilənməsinə xidmət edir.

Musa və təkallahlılıq
alm. Der Mann Moses und die monotheistische Religion
Müəllif Ziqmund Freyd
Janrlar psixoanaliz, mədəniyyətşünaslıq[d], dinşünaslıq
Orijinalın dili alman dili
Ölkə
Orijinalın nəşr ili 1939
Elektron versiya

http://www.alinino.az/catalog/knigi-na-azerbaydzhanskom-yazyke/musa_v%C9%99_t%C9%99kallahl%C4%B1l%C4%B1q/ Arxivləşdirilib 2016-05-24 at the Wayback Machine