Muscari armeniacum

Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT.

Erməni ilansoğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur. Yumurtalıq dairəvi, sütuncuğa bərabər və ya çox az uzundur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrümay ayına əsadüf edir. Mezokriptofit, duzadavamlıdır. Soğanaqla çoxalır.

Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Orand kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 m hündürlükdədir).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yegane lokaliteti olan Hirkan Milli Prakında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılıllığı azalma tendensiyasına səbəb olur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.