Muscari neglectum

Muscari neglectum (lat. Muscari neglectum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-NT.

Muscari neglectum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqları 1-1,5 sm diametrindədir. Uzunsov-yumurtavari və ya yumurtavari, tünd-çəhrayı pulcuqludur. Yarpaqlar 3-4 sayda uzun-xətvari, gövdədən qısadır. Gövdə tək, 2-3, 12-18 sm hündürlükdədir. Salxım çox da böyük deyil, 2-3 (4) sm uzunluğundadır. Çiçəkyanlığı meyvəverən çiçəklərdə boruvari-kuzəşəkilli, 5-6 mm uzunluğunda, 3-4 mm enində, bənövşəyi rəngdədir. Erkəkcik ikisıralıdır, şarvari tozcuqludur. Yumurtalıq aydın olmayan üçtilli, dairəvi, sütuncuqdan qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may ayına təsadüf edir. Mezokriptofit, duza davamlıdır. Soğanaqla çoxalır. Meşələrdə, qayalı yamaclarda, çəmənlərdə, kolluqlarda bitir.

Lənkəranın dağlıq hissəsi (Lerik rayonunda, dəniz səviyyəsindən 1300 m yüksəklikdə).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Yeganə lokalitet olan Hirkan Milli Parkında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılılığı populyasiyanın sayında azalma tendensiyasına səbəb olur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.