Mustafa Cahan oğlu Əliyev (7 mart 1942, Əmirxeyir, Krasnoselsk rayonu – 3 avqust 2011, Bakı) — coğrafiya elmlər doktoru, dosent, professor.
Mustafa Əliyev | |
---|---|
Mustafa Cahan oğlu Əliyev | |
Doğum tarixi | 7 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 3 avqust 2011 (69 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Mustafa Cahan oğlu Əliyev 1942-ci il martın 7-də Qərbi Azərbaycanın Krasnoselo rayonu Əmirxeyir kəndində anadan olmuşdur. O, yeddillik məktəbi Çaykənd kəndində orta məktəbi isə Daşkəsən şəhərində bitirmişdir. 1958-ci ildə S.M.Kirov adına ADU-nın Geoloci-coğrafiya fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı coğrafiya – biologiya ixtisası üzrə bitirmişdir.[1]
M.C.Əliyevin əsas elmi fəaliyyəti cəmiyyətlə təbiətin qarşılıqlı təsir problemləri, müasir ekologiya, ekoloji şüurun formalaşması, ekoloji situasiya, onun izahı kimi coğrafiyanın fəlsəfi məsələlərinə həsr olunmuşdu.Onun bu aspektdə “Elmi-texniki inqilab və insanın dünyagörüşü”, “Elmi və dini dünyagörüşü arasında ziddiyyət”, “Ekologiya və din problemləri”, “Ekoloji situasiya və ekoloji şüuara dair” adlı məqalələri “Kommunist”, “Elm və həyat”, “Təbliğatçı”, “Strategiya” jurnallarında çap olunmuşdur.