Mustafa Aşurov

Aşurov Mustafa Əhməd oğlu – "Prezident təqaüdü"nə layiq görülmüş gənc tarzənin adı, Azərbaycan Respublikasının gənc istedadların "Qızıl Kitab"ına yazılmışdır. Beynəxalq və Respublika müsabiqələrinin lureatıdır

Mustafa Aşurov
Mustafa Əhməd oğlu Aşurov
Mustafa Aşurov.jpg
Doğum tarixi (31 yaş)
Doğum yeri Qazax, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti musiqiçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafa Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri, 200 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 2008-ci ildə həmin məktəbin 11 sinfini bitirmişdir.

2001-ci ildə L. və M. Rostropoviçlər adına 21 saylı on bir illik musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin tar ixtisasına qəbul olunub, 2008-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirmişdir.

Musiqi məktəbinin bütün tədbirlərində fəal iştirak etmişdir. Böyük səhnəyə ilk dəfə 2003-cü ildə (II sinif), kamera və arqan musiqisi zalında Mosartın "Rondo" əsəri ilə çıxmışdır. 2003-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayəti ilə, xalq artisti Hacı Xanməmmədovun tar ilə orkestr üçün 4 saylı konsertini, 2004-cü ildə isə tar ilə orkestr üçün 1 saylı konsertini dirijor Azad Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə ifa etmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Azərbaycanın xalq artisti, tarzən Hacı Məmmədov adına VI musiqi müsabiqəsində müsabiqədən kənar iştirak etmiş və "Diplomant" adına layiq görülmüşdür. R.Behbudov adına Mahnı teatrında keçirilən müsabiqənin yekun konsertində A.Məlikovun "Kölələrin rəqsi" ("İki qəlbin dastanı" baletindən) əsərini ifa etmişdir.

2005-ci ildə (IV sinif) xalq artisti tarzən Hacı Məmmədov adına VII Bakı musiqi müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülərək müsabiqənin qalibi olmuş və "laureat" adını qazanmışdır. R.Behbudov adına Mahnı teatrında keçirilən yekun konsertdə, xalq artisti Vasif Adıgözəlovun "Qərənfil" əsərini ifa etmişdir.

2005-ci il "Oxu tar-2005" I Bakı müsabiqəsinin 1-ci dərəcəli diplomuna layiq görülməklə, müsabiqənin laureatı adını qazanmışdır. Rəşid Behbudov adına Mahnı teatrında keçirilən yekun konsertində xalq artisti Tofiq Quliyevin "Qaytağı" əsərini ifa etmişdir. 2005-ci il Bəhram Mansurov adına Muğam müsabiqəsində 1-ci yeri tutmuş və müsabiqənin laureatı olmuşdur.

"Pöhrə-2005" özfəaliyyət kollektivlərinin Respublika baxış müsabiqəsinin 1-ci dərəcəli diplomuna layiq görülmüş və laureat adını qazanmışdır. Qaliblərin H.Əliyev adına Respublika sarayında keçirilən yekun konsertində çıxış etmişdir.

2005-ci ilin dekabr ayında Kiyev şəhərində keçirilən Beynəlxalq "Delfi" oyunlarında "Milli musiqi alətləri" nominasiyası üzrə "Qızıl medal"a layiq görülmüş və Beynəlxalq müsabiqənin qalibi olmuşdur. Çaykovski adına Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin "Qala konsert"ində T.Quliyevin "Qaytağı" əsərini ifa etmişdir. Qızıl medal qazanmış ifaçıların şərəfinə, təmsil etdikləri dövlətin bayraqları, o cümlədən Azərbaycan bayrağı səhnəyə gətirilmişdir.

2006-cı il avqust aynın 2-dən 12-dək Şotlandiyanın Aberdin şəhərində keçirilən "Dünya Gənclərinin Musiqi festifalı"nda uğurla çıxış edərək, Azərbaycanı layiqincə təmsil etmişdir. Dünyanın 18 aparıcı Dövlətlərinin 1000-ə qədər gənclərinin iştirak etdiyi festifalın finalında çıxış etmək hüququ qazanan, yeganə solist ifaçı olmuşdur.

2007-ci ildə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkil etdiyi və Londonda fəaliyyət göstərən dövlətlərin səfirlərinin və dövlət adamlarının iştirak etdiyi dövlət tətbirində uğurla çıxış etmişdir.

2007-ci ilin oktyabr ayında, Heydər Əliyev Fondunun və "Azərbaycan Mədəniyyətinin Dostları Fondunun" Prezidenti, Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə, Mədəniyyət və Turizim Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə, Fransada keçirilən konsertdə iştirak etmişdir.

2008-ci il yanvar ayının 17-dən 20-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Beynəlxalq turizm" sərgisində Azərbaycan muğamlarını, xalq mahnılarını və rəqslərini ifa etmişdir.

2008-ci ilin mart ayında Almaniyada keçirilən Azərbaycan ilinin açılış tədbirlərində və konsertlərdə uğurlu çıxış etmişdir.

2008-ci ilin may ayının 17-dən 27-dək YUNESKO-nun Xoş Məramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Fransanın Paris (YUNESKO-nun mənzil qərargahında) və Strasburq şəhərlərində, Belçikanın Brüssel şəhərində möhtəşəm konsert salonlarında, çox uğurlu keçən konsertlərdə solist və trio üzvü kimi çıxış etmişdir.

2008-ci ildə Xalq Çalğı alətləri üzrə Respublika Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülməklə, müsabiqənin "Laureatı" adını görülmüşdür. 2008-ci ilin may ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə, Dövlət Filarmoniyasında keçirilən "Prezident təqaüdçüləri"nin konsertində, Simfonik Orkestrin müşayəti ilə çıxış etmişdir.

2008-ci ildə, Dövlət Filarmoniyasında Xalq artisti Rauf Abdullayevin dirijorluğu və Dövlət Simfonik orkestrinin müşayəti ilə, konsert proqramı ilə çıxış etmişdir. 2008-ci ilin sentyabr ayının 13-dən 19-a kimi İsveçin Stokholm şəhərində, Gənclər Dövlət Simfonik orkestrinin müşayəti ilə solist kimi çıxış etmişdir

2008-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasına (XÇA- fakultəsinin, tar ifaçıiığı ixtisasına) qəbul olmuşdur.

2012-ci ildə Milli Konservatoriyanı fərqlənmə diplomu ilə bitirmiş və magistratura pilləsinin dirijorluq ixtisasına qəbul olmuşdur.

2015-ci ildə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

2009-cu il iyun ayının 6-dan, 10-dək Niderland Krallığının Haaqa şəhərində, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və həmin dövlətdəki səfirliyimizin təşkilatçılığı ilə keçirilən Beynəlxalq tədbirdə, Dövlət Kamera Orkestrinin müşayəti ilə, solist və trio ilə cıxış etmişdir.

2009-cu il iyun ayının 29-dan, iyul ayının 5-ə kimi, Rusiyada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Moskva şəhərində və "Ulduz şəhərciyi"ndə, Tatarıstanın paytaxtı Kazan şəhərində, Dövlət Gənclər Simfonik orkestrinin müşayəti ilə, solist və trio ilə çıxış etmişdir.

2010-cu ilin yanvar ayında, Ali təhsildəki uğurlarına görə, Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələskərəv adına mükafatın laureatı olmuşdur.

2012-ci ilin iyul ayından, 2013-cü ilin iyul ayınadək Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olmuşdur.

2013 /2014-cü tədris ilində Bülbül adına Orta İxtisas Muciqi Məktəbində tar müəllimi vəzifəsində işləmişdir.

2015-ci ilin fevral ayında Bakı şəhərində keçirilən IV Respublika muğam müsabiqəsinin laureatı olmuşdur.

2015- ci ilin sentyabr ayından, Azərbaycan Dövlət Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, tar müəllimi,

2016-cı ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və tar müəllimi,

2017-ci ilin oktyabr ayından isə, əməkdar kollektiv, Azərbaycan Dövlət Televiziyası və Radiosunun, Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləyir.

2016-ci ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə, Dövlət Filarmoniyasında keçirilən "Prezident təqaüdçüləri"nin konsertində, Simfonik Orkestrin müşayiəti ilə çıxış etmişdir.

Xalq artisti Teymur Göyçayevin dirijorluğu və Dövlət Kamera Orkestrinin müşayiəti ilə, dəfələrlə Prezident tədbirlərində çıxış etmişdir.

Hər il Bakıda keçirilən M. Rostropoviç festivalında mütəmadi çıxış edir.

Gənclər Dövlət Sinfonik orkestrinin və Dövlət kamera orkestrinin müşaiyəti ilə dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm səhnəsində solist kimi, çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyun 2007-ci il tarixli Sərancamı ilə, Mustafa Aşurovun adı Azərbaycan Respublikası, Gənc istedadların "Qızıl Kitab"ına yazılmaqla, "Prezident təqaüdü"nə layiq görülmüşdür.