Mustafa Dəstici

Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri.[1] Ankara Universitetini bitirmişdir.

Mustafa Destici
Vəzifədədir
7 iyul 2018-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1966(1966-02-03) (58 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti müəllim, siyasətçi, bürokrat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur.

2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.

  1. "Mustafa DESTİCİ". Great Union Party. 2016-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.