Mustafa Mədbuli

Mustafa Kamal Mədbuli (ərəb. مصطفى كمال مدبولي‎; 28 aprel 1966[1], Sövhac, Sövhac mühafəzəsi[d], Misir) — Misirin hazırkı Baş naziri.

Mustafa Kamal Mədbuli
ərəb. مصطفى كمال مدبولي
Misir Ərəb Respublikasının Baş naziri
14 iyun 2018 – h.h
ƏvvəlkiŞərif İsmayıl
Mənzil və Şəhər Kommunal Naziri
1 mart 2014 – h.h
Əvvəlkiİbrahim Məhləb
Şəxsi məlumatlar
Doğum adı مصطفى كمال مدبولي محمد نصار
Doğum tarixi (58 yaş)
Doğum yeri Sohaq, Misir
Partiya
Təhsili
  • Qahirə Universiteti[d]
Fəaliyyəti siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədbuli Qahirə Universitetini bitirib, 1988 və 1997-ci illərdə Mühəndislik Fakültəsində magistr və doktorluq dərəcəsi alıb. 2009-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək Mənzil, Kommunal və Şəhərsalma Nazirliyində Şəhərsalma üzrə Ümumi İdarənin sədri, eyni zamanda, Mənzil və Tikinti Araşdırma Mərkəzinin Tədris və Şəhərsalma İnstitutunun icraçı direktoru olub. 2012-ci ilin noyabr ayından 2014-cü ilin fevral ayına qədər Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının Ərəb ölkələri üzrə regional direktoru kimi çalışıb. 2014-cü ilin mart ayında Baş nazir İbrahim Məhləbin yanında Mənzil Naziri vəzifəsinə təyin edilib, 2015-ci ilin sentyabr ayında Şərif İsmayılın Baş nazir təyin edilməsindən sonra tutduğu vəzifəni davam etdirib. Mənzil Naziri olduğu müddətdə "Milyon Mənzil" layihəsini həyata keçirirdi. Layihə Prezident Sisi vəzifəyə başladıqdan sonra qüvvəyə minən ən böyük milli layihələrdən biri du, baxmayaraq ki, layihə keçmiş Mənzil Naziri Məhəmməd dəti əl-Bərədeinin ideyası idi. Siyasi və sosial səbəblərdən 2011-ci ildə Bərədiyə tərəfindən təklif edilən layihə müsəlman qardaşlığı dövründə dayandırıldı və Mədbuli vəzifəyə başlayanda yenidən qüvvəyə mindi. Mədbuli 2017-ci ilin noyabr ayında Şərif İsmayılın müalicə üçün Almaniyaya getməsinin ardından müvəqqəti Baş nazir təyin edildi.[2]

Baş nazir fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
"EuroAfrica Interconnector" baş direktoru Nasos Ktorides, Misir Baş naziri və Elektirik Naziri Mustafa Mədbuli, "EuroAfrica" Strateji Şurasının sədri İoannis Kasulidisin iştirakı ilə Misir və Kipr arasında tarixi "InterConnector" müqaviləsi imzalanır

7 iyun 2018-ci ildə Prezident Sisi mübahisəli prezident seçkilərində yenidən seçilməsinin ardından istefa verən Şərif İsmayılın yerinə Mədbulini Baş nazir təyin etdi. İyunun 9-da Baş nazir Mədbuli Misir kabinetində 8 naziri əvəz edərək dəyişiklik etdi. Eyni gün, Misir Parlamentinin yeni Nazirlər Kabineti nazirləri siyahısını qəbul etdiyi bildirildi. 10 iyunda səkkiz qadının Nazirlər Kabinetində xidmət göstərəcəyi açıqlandı. İyunun 13-də Mədbulinin 13-16 nazir müavini seçdiyi və hökumətinin 14 iyun tarixində Sisi rəhbərliyində and içəcəyi bildirildi. Mədbuli və kabineti iyunun 14-də and içdi. Mədbulinin Mənzil Naziri vəzifəsini də davam etdirəcəyi məlum oldu və. Hökumətin 23 iyun tarixində siyasi bəyanatını verəcəyi bildirildi, lakin parlamentin sözçüsü Salah Həsəballah bu məlumatların yanlış olduğunu bildirdi. 23 iyunda siyasi bəyanat Parlament tərəfindən yayımlana bilinməyəcəyi və bunun üçün müəyyən lazım olduğu açıqladı. 30 iyunda Nazirlər Kabinetinin qurulması ilə əlaqədar 20 günlük Konstitusiya müddətinə riayət etmək üçün 3 iyulda siyasi bəyanatını təqdim ediləcəyi açıqlandı.[3]

3 iyul 2018-ci ildə Mədbuli rəsmi olaraq siyasi bəyanatı Misir Parlamentinə verdi. Açıqlamada iqtisadi islahat proqramının 85%-in yerinə yetirildiyi bəyan edildi. Bəyanat daha sonra Nümayəndələr Palatasının spiker müavininin rəhbərlik etdiyi parlament komitəsinə göndərildi və bundan sonra etimad toplamaq üçün səs verməyə çıxarıldı. Konstitusiyanın 146-cı maddəsi, yeni təyin olunmuş Baş nazirin parlament qarşısında siyasət bəyanat verməsini, bundan sonra millət vəkillərinin 30 gün ərzində bitən müddətdə bəyanata səs verməsini nəzərdə tutur. 11 iyul 2018-ci ildə siyasi bəyanatını nəzərdən keçirmək vəzifəsinə malik olan parlament komitəsinə rəhbərlik edən Misir Parlamenti sədrinin birinci müavini Əl-Seyid Əl-Şərif komitəsinin bəyanatı nəzərdən keçirib başa vurduğunu və lehinə etimad səsverməsini tövsiyə etdiyini bildirdi. 25 iyul 2018-ci ildə, nəzərdə tutulan tarixdən on gün sonra, Misir Parlamenti həm Mədbulinin kabinetini, həm də siyasi bəyanatını qəbul etdi.[4]

  1. Moustafa Madbouly // https://pantheon.world/profile/person/Moustafa_Madbouly.
  2. "Arxivlənmiş surət". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  3. "Arxivlənmiş surət". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  4. "Arxivlənmiş surət". 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]