Muxlis Əhməd oğlu Hacıyev — texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat konstruksiyaları kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimidir.
Hacıyev Muxlis Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 20 kitab və 150-yə yaxın elmi məqalə müəllifidir. 10 elmlər namizədi yetişdirmişdir. Hazırda 6 fəlsəfə doktoru və 2 elmlər doktoru dissertasiyası üzrə elmi rəhbərdir. Dəfələrlə Rusiya, Qazaxıstan və Türkiyədə elmi konfranslarda iştirak etmisdir.