Tüntül

TüntülAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Tüntül
40°55′08″ şm. e. 47°52′16″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 595 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tüntül xəritədə
Tüntül
Tüntül

Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir.[1]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır.

Kənddə mülayim iqlim hakimdir.

Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.[2]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, taxılçılıqheyvandarlıq təşkil edir.

Kənddə içməli su üçün iki artezian quyusu qazılıb.[3]

Kənddə mədəniyyət evi və 256 nömrəlik elektron ATS mövcuddur.

Kənddə 1 uşaq bağçası və Muşviq Murtuzov adına 240 şagird yerlik orta məktəb fəaliyyət göstərir.

Kənddə 1 məscid mövcuddur.

  1. Tüntül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 251. ISBN 978-9952-34-156-0.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.