Muxtar Həmzəyev — Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri, psixologiya elmləri doktoru, professor.
Muxtar Həmzəyev | |
---|---|
Həmzəyev Muxtar Əliş oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Əhmədli, Zəngəzur qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Elm sahəsi | psixologiya |
Elmi dərəcəsi | psixologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Həmzəyev Muxtar Əliş oğlu 1929-cu ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonra Laçın şəhərindəki pedaqoji məktəbi 1948-ci ildə fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. 1948-1952-ci illərdə həmin institutun Dil və Ədəbiyyat fakültəsinin məntiq və psixologiyası şöbəsində təhsil alıb. 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müvəffəqiyyətlə müdafiə edərək,psixologiya ixtisası üzrə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdər.
1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur. 11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.
1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1978-ci ilin fevralından hal-hazıra qədər Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəridir.
1976-1987-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi olmuşdur.
Son 20 il ərzində psixologiya ixtisası üzrə ixtisaslaşmış namizədlik və birdəfəlik doktorluq müdafiə şuralarının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvüdür. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmətləri böyükdür. Onun rəhbərliyi altında 10-dan artıq namizədlik dissertasiyaları hazırlanıb müdafiə olunmuşdur. 10-dan artıq doktorluq, 20-dən artıq namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.
200-dən artıq elmi əsərin, o cümlədən 11 monoqrafiya və kitabçanın, orta və ali məktəblər üçün 10-dan artıq dərslik və dərs vəsaitinin, xeyli tədris proqramlarının müəllifidir, 20-dən çox kitabın elmi redaktoru olmuşdur.