Əhmədli (Laçın)

Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhmədli
39°41′16″ şm. e. 46°16′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əhmədli xəritədə
Əhmədli
Əhmədli

Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar[2].

Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur.

Kənddəki körpü Seyid Əmir körpüsü adlanır[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Əhmədli (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 252. ISBN 978-9952-34-155-3.
  3. Faiq İsmayılov. Laçın rayonunun tarixi abidələri haqqında [ölü keçid]