Mveru gölü

Mveru gölü (ing. Lake Mweru; fr. Lac Moero) — iri şirinsulu göl olaraq, Konqo çayı hövzəsində yerləşir. Göl Konqo Demokratik Respublikası ilə Zambiya arasında yerləşir.

Mveru gölü
ing. Lake Mweru
Ümumi məlumatlar
Mütləq hündürlüyü 917 m
Eni 56 km
Uzunluğu 131 km
Sahəsi 5120 km²
Həcmi 38,2 km³
Dərin yeri 27 m
Orta dərinliyi 7,5 m
Yerləşməsi
9°10′ c. e. 28°30′ ş. u.HGYO
Ölkələr
Mveru gölü xəritədə
Mveru gölü
Mveru gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün ən böyük qidalandırıcı çayı Luapula çayıdır. Gölə cənub hissədən tökülür. Digər əhəmiyyətli çay isə Kalunqvişi çayıdır ki, oda gölə şərqdən tökülür. Mveru gölü Konqo hövzəsinin sahəsinə görə ikinci iri gölüdür. Tanqanika gölündən 150 km şimalda yerləşir. Luapula çayı gölə töküldüyü yerdə delta əmələ gətirir. Regionun digər göllərindən fərqli olaraq səviyyəsi tərətdüd edir. Təkcə may-yanvar ayları ərazidə səviyyə fərqi 1,7 metr təşkil edir. Maksimal səviyyə mayda, minimal səviyyə isə yanvara təsadüf edir[1].

Şərqi-Afrika rift dərəsi boyunca yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru 118 km, orta eni isə 45 km təşkil edir. Göl 917 metr hündürlükdə yerləşir[2]. Cənub hissəsi dayazdır. Şimala doğru isə dərinlik getdikcə artır. Maksimal dərinliyi 27 metrdir. Göldən 50 km şimalda Mveru-Vantipa bataqlaşmış gölü yerləşir.

Göl ilk dəfə avropalı səyyah David Livinqston tərəfindən 1867-68 illərdə[3] edilən səyahət zamanı təsvir edilmişdir. Gölün sahilində çoxlu sayda balıqçı kəndləri vardır. Nisbətən iri sahil şəhərləri: Zambiya Nçelenqe, Kaşkişi və Çienqi, Konqo Demokratik Respublikası Kilva, Pveto və Lukonzolva. Gölün cənub-qərbində nisbətən iri olan Kilva adası yerləşir (25 km²)

  1. AR Bos, CK Kapasa and PAM van Zwieten: «Update on the bathymetry of Lake Mweru (Zambia), with notes on water level fluctuations». Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine African Journal of Aquatic Science, 31 (1) : 145—150 (2006). Accessed 4 March 2007.
  2. "Mveru gölü". 2015-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-05.
  3. David Livingstone & Horace Waller (Ed): «The Last Journals of David Livingstone in Central Africa from 1865 to his Death». Two Volumes. John Murray, London, 1874.