Myanmanın[1] dövlət quruluşu — 2008-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Myanma | |||||
---|---|---|---|---|---|
| |||||
Himn: «Gba Majay Bma» |
|||||
Paytaxt | Naypyida | ||||
İdarəetmə forması | respublika | ||||
prezident | Theyn Seyn | ||||
Sahəsi | Dünyada 39-cu | ||||
• Ümumi | 678500 km² | ||||
• Su sahəsi (%) | 3,06 | ||||
Əhalisi | |||||
• Əhali | 50 020 000 nəfər (24-cü) | ||||
• Sıxlıq | 73,9 nəf./km² | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 yanvarda qeyd olunur.
Ölkənin yeni Konstitusiyası 10 may 2008-ci ildən qüvvədədir.
Myanma rayonlara bölünən 7 inzibati vilayətdən (Mandalay, Pequ, İravadi, Maque, Sikayn, Tanintayi və Yanqon) və 7 ştatdan (Rakxayn, Çin, Kaçin, Şan, Kaya, Karen və Mon) ibarətdir.
Ölkədə milli birliyin və müstəqilliyin rəmzi, hüquqi dövlətin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təminatçısı, dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Dövlətin idarə edilməsində Prezidentə müxtəlif sahələr üzrə geniş səlahiyyətlərə malik olan iki vitse-prezident köməklik edir.
45 yaşına çatmış və ən azı son 20 ilini ölkə ərazisində yaşamış şəxs Prezident seçkilərində namizədliyini irəli sürə bilər.
30 mart 2011-ci ildən etibarən Myanma Birliyi Respublikasının hazırkı, sayca 1-ci Prezidenti, Həmrəylik və İnkişaf Partiyasının sədri Teyn Seyndir.
İttifaq Məclisi: Milli Assambleyadan (Yuxarı Palata, 224 yer, sədri 31 yanvar 2011-ci ildən K. A. Myintdir) və Nümayəndələr Palatasından (Aşağı Palata, 440 yer, spikeri 31 yanvar 2011-ci ildən T. Ş. Manndır) ibarət iki palatalı Parlamentdir.
Mövcud Konstitusiyaya görə Parlamentin tərkibinin ¼-i hərbçilər üçün nəzərdə tutulmuşdur. Bu baxımdan Yuxarı Palataya 58, Aşağı Palataya isə 110 deputat yeri Myanma (Birma) Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təyin olunan hərbçilərdən formalaşır.
Ölkə Parlamenti qanunvericilik fəaliyyətinin əsas qayəsini təşkil edən funksiyaları: qanunların hazırlanmasını və qəbulunu, habelə illik dövlət büdcəsinin müzakirə və təsdiq edilməsini, beynəlxalq müqavilələrin ratifikasiyasını və bir sıra digər məsələləri həyata keçirir.
7 noyabr 2011-ci ildə keçirilmiş seçkilər nəticəsində Parlamentdə təmsil olunan ölkənin əsas siyasi partiyaları:
Böyük əksəriyyəti Parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın nümayəndələrindən təşkil olunmuş Hökuməti (Nazirlər Kabineti) Prezident formalaşdırır və təyin edir. Ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində səlahiyyətli olan Hökumətin üzvü 40 yaşına çatmış və ölkə ərazisində ən azı 10 il yaşamış şəxs olmalıdır.
İcra Hakimiyyətindən müstəqil olan Ali Məhkəmə, habelə vilayət, rayon (şəhər) və məhəlli məhkəmələr Myanmada məhkəmə hakimiyyətini həyata keçirir.