Mzımta çayı

Mzımta çayı (ru: Мзымта Mzymta, Ubk: Мдзымта Mdzımta "dəli", Kabardin-çərkəz dili: Мдзымтэ Mdzımtä) — Rusiyanın Krasnodar diyarı daxilində yerləşən Soçi aqlomerasiya regionu ərazisindəki çaydir. Qafqaz dağ silsiləsindəki 2.980 m yüksəklikdəki bir yerdən mənbəyini götürür və qərbə doğru axaraq Qara dənizə tökülür. Uzunluğu 89 km, hövzəsi 885 km²-dir.

Mzımta çayı
Мзымта
Ölkə
Mənsəbi Qara dəniz
Uzunluğu
  • 89 km
Su sərfi 45,6 m³/s
Hövzəsinin sahəsi 885 km²
DSR[rus.] 06030000312109100000790
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mzımta çayı
border=none Əsas məqalə: Çərkəz soyqırımı

1838-ci ildə Qara dənizdəki Rus Donanması Çərkəz sahillərinə qarşı ümumi eniş əməliyyatı çərçivəsində Mzımta çayının ağzına da eniş etdi və çərkəzlərlə döyüşmüş və burada St. Duxovski (Müqəddəs Ruh) adlı bir rus hərbi qalası qurulmuşdur. 1840-cı ilin yazında qala əks hücuma keçən çərkəzlərin əlinə keçmişdir.

24 Mart 1864-cü ildə ubıxların Ruslara təslim olması ilə köhnə St. Duxovski qalası yenidən rusların əlinə keçmiş, yerli əhali Türkiyəyə sürgün edilərək ərazi çərkəzlərdən etnik təmizləmələr yolu ilə azad edilmiş və regiona rusların gəlişi üçün əlverişli şərait yaradılmışdır.

Bu gün bu regionda hava limanı da daxil olmaqla turizm məqsədli Adler mikrorayonu yerləşir. Çayın yuxarı tərəfində istirahət və xizək kurort mərkəzi olan Krasnaya Polyana kurortu yerləşir.