Nəşriyyat Evi (Qroznı)

Nəşriyyat EviÇeçenistan Respublikası paytaxtı Qroznı şəhərində mətbuat və nəşr orqanlarının yerləşdiyi bina. Bina Nazarbayev küçəsi ilə (keçmiş Mayakovski küçəsi) Lorsanov küçəsinin (keçmiş Qırmızı Veteranlar küçəsi) kəsişməsində yerləşir. Binada Çeçenistanda nəşr olunan demək olar ki, bütün respublika qəzet və jurnallarının redaksiyaları və "Qroznı Fəhləsi" nəşrinin mətbəəsi var. Binanın birinci mərtəbəsində Jurnalistika Muzeyi yerləşir, muzeyin açılışı 2013-cü ildə olmuşdur.[1]

Nəşriyyat Evi
Qroznı şəhər Nəşriyyat Evi
Qroznı şəhərində Nəşriyyat Evinin binası
Qroznı şəhərində Nəşriyyat Evinin binası
Ümumi məlumatlar
Ünvan 364051, Qroznı, N.Nazarbayev küçəsi, 92
Ölkə Rusiya Rusiya
Şəhər Qroznı
Hündürlük
Memarlıq sovet modernizmi
Texniki detallar
Material şüşə, beton
Mərtəbə sayı 9
Lift/qaldırıcılar 4
Dizayn və konstruksiya
Memar V.Behbutova
Digər dizaynerlər Darçi Xasaxanov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Qroznı Mətbuat Evi 1970-ci illərin ortalarında inşa olunmağa başlanmışdır. Binanın inşasında əsas məqsəd Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasınında olan dövrü mətbuat vasitələrinin qərargahla təhciz edilməsi olmuşdur. İlk zamanlar bina Mətbuat Evi adlandırılmışdır. Sonradan binaya Qroznı Nəşriyyat Evi adı verilmişdir. Nəşriyyat Evi hazırda Qroznı şəhərində Nazarbayev Küçələri (keçmiş Mayakovski Küçəsi) ilə Lorsanov Küçələrinin (keçmiş Qırmızı Veteranlar Küçəsi) kəsişməsində yerləşir. Binada Çeçenistanda nəşr olunan demək olar ki, bütün respublika qəzet və jurnallarının redaksiyaları və "Qroznı Fəhləsi" nəşriyyatının mətbəəsi var.

Binanın birinci mərtəbəsində Jurnalistika Muzeyi yerləşir. Onun açılışı 2013-cü ildə baş tutmuşdur. Muzayin yaradılmasının təşəbüskarı və təşkilatçısı Çeçenistan Respublikası Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyi olmuşdur. Burada müxtəlif Çeçen-İnquş və Çeçen qəzet və jurnallarının köhnə nömrələri, jurnalistlərin müxtəlif illərdə istifadə etdikləri avadanlıq nümunələri və peşə vəzifələrini yerinə yetirərkən ölən jurnalistlərin portretləri nümayiş olunur. Eksponatlar arasında Böyük Vətən müharibəsindən qalma kinokamera, video kamera, XX əsrin 80-ci illərinə aid mikrokasset yazıcı, eyni dövrün səs pleyeri, köhnə qarışdırıcı konsol və 1980-ci ildə hazırlanan Almaniya istehsalı yazı makinası var.

Tikintisi[redaktə | mənbəni redaktə et]

Nəşriyyat Evinin binasının tikintisi 1970-ci illərin sonlarında tamamlanmışdır. Binanın arxitektoru V.Behbutova olmuşdur. Binanı bəzəyən panoramik barelyefin müəllifi heykəltaraş Darçı Xasaxanov idi.[2]

Birinci çeçen müharibəsiİkinci çeçen müharibəsi zamanı bina ciddi ziyan görmüşdür. Döyüş əməliyyatlarından sonra binadan yalnız divarlar və tavanlar qalmışdı. Yalnız döyüş əməliyyatları bitdikdən sonra 2000-ci illərdə Mətbuat Evi bərpa edildi.

4 dekabr 2014-cü ildə Qroznıya silahlılar tərəfindən hücum edildi. Silahlılar Mətbuat Evinin binasını ələ keçirmişdilər. Onları oradan çıxarmaq üçün güc strukturlarının nümayəndələri tərəfindən binaya basqın edildi.

Bina ağır silahlardan (zirehli döyüş texnikalarından, qumbaraatanlar, ağır pulemyotlar) atəşə tutuldu. Hücum nəticəsində səhər saat 09:00-a qədər bina demək olar ki, tamamilə yandı.[3][4][5] Lakin cəmisi bir ay ərzində bina təmamilə bərpa edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Грозном открылся музей журналистики". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  2. Исраилова, 2013
  3. Атака на Грозный Arxivləşdirilib 2016-03-29 at the Wayback Machine. ru:Радио «Свобода», 4 декабря 2014.
  4. В Грозном отменён режим контртеррористической операции Arxivləşdirilib 2014-12-10 at the Wayback Machine. ИТАР-ТАСС.
  5. Спецоперация в Грозном. Хроника событий Arxivləşdirilib 2014-12-10 at the Wayback Machine. ИТАР-ТАСС.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]